Rəqəmsal kanallar sahəsinə müştəri təcrübələri üzrə aparıcı mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz Işlər

  • Biznesin inkişaf etdirilməsi və optimallaşdırılması üçün müştərilər ilə keçiriləcək sorğuların detallarının və müştəri bazasının müəyyən olunması;
  • Mobil tətbiqin inkişaf etdirilməsi üçün daxili və xarici bazarları araşdıraraq innovativ həllərin tətbiq edilməsi;
  • Öz istiqaməti üzrə müştərilərin məhsul və xidmət ehtiyaclarının müəyyən olunması;
  • Biznes tapşırığa əsasən məlumatların təhlili, uyğun model və yanaşmaların tətbiq olunması;
  • Müştəri seqmentlərinin/alt-seqmentlərinin müvafiq məhsul (lar) üzrə səyahətinin (journey) araşdırılması və satışlara müsbət təsir edə biləcək təkliflərin hazırlanması;
  • Maraqlı tərəflərlə əlaqə yaratmaq və bu əlaqələri davam etdirməklə onlara vizyon, strategiya, ideyalar və gedişatla bağlı dolğun məlumatların kommunikasiya edilməsi;
  • Müştərilərin geri-dönüşlərinin mütəmadi qaydada təhlil edilməsi və ehtiyac duyulduğunda məhsul, xidmət, satış kanalı və kampaniya səviyyəsində yenilənmələrin edilməsi üzrə təşəbbüslərin irəli sürülməsi;
  • Ehtiyac olduqda bankın digər struktur bölmələri ilə əməkdaşlığın qurulması;
  • Sahibliyi həyata keçirilən məhsulla bağlı yerinə yetirilməmiş işlərin siyahısının tərtib edilməsi, yenilənməsi və prioritetləşdirilməsi;
  • Komanda üzvləri (məhsul sahibi, dizayner, biznes analitik, proqramçı və s.) ilə mütəmadi əlaqədə olaraq biznes tələblərinin tətbiq edilməsi;
  • Tribe tələblərinə uyğun məlumatın toplanması, təhlili və hesabatların hazırlanması;
  • Strateji qərarların verilməsində və dəyişdirilməsində, habelə əsas bizneslə bağlı fəaliyyətlərin dəstəklənməsi məqsədiylə data və statistik analizlərin aparılması;
  • Biznes strukturları və rəhbərlik üçün vizuallaşdırma alətlərindən istifadə edərək hesabatların hazırlanması;
  • Görüləcək işlərin ilkin texniki araşdırılması;
  • Agile komandası ilə texniki tapşırıqların müzakirə edilməsi;
  • Hazır məhsulları istifadə dövündə izləmək, istifadəçi geridönüşlərini, onların hərətətinə dair kəmiyyət məlumatların toplanması;
  • Tətbiq olunmuş model və yanaşmaların izlənməsi və optimallaşdırılması.

 

Bizim Üçün Uyğun Namizəd

  • Ali təhsilə (Magistr təhsili üstünlükdür);
  • Bank sahəsində minimum 2 il iş təcrübəsinə;
  • Ödəniş sistemləri və bank kartları sahəsindən biliklərə və təcrübəyə (arzuolunandır);
  • Məlumatların analizi və istifadəsi sahəsində biliklərə, SQL üzrə işlək biliklərə;
  • İngilis və rus dili biliklərinə (orta səviyyədə);
  • BPMN sistemləri üzrə (Figma, draw.io, Miro və s.) üzrə biliklərə;
  • Yüksək səviyyədə MS Excel biliklərinə;
  • Komandada və fərdi şəkildə işləmək bacarığına;
  • Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına sahib olan şəxsdir.