Görəcəyiniz işlər:
- Layihə kreditləri üzrə yeni korporativ müştərilərin (o cümlədən, dövlət-özəl tərəfdaşlığı) banka cəlb edilməsi;
- Layihə kreditləri üzrə cari korporativ müştərilərin (o cümlədən, dövlət-özəl tərəfdaşlığı) idarəedilməsi;
- Layihə kreditləri üzrə (o cümlədən, dövlət-özəl tərəfdaşlığı) kredit əqdinin qüvvədə olduğu müddət ərzində layihənin bütün mərhələrinin mütəmadi izlənilməsi;
- Aidiyyatı struktur bölmələr ilə birlikdə Bankın kredit portfelində mövcud olan layihə kreditlərinin (o cümlədən, dövlət-özəl tərəfdaşlığı) mütəmadi monitorinqinin həyata keçirilməsində iştirak etməsi;
- Layihə kreditləri üzrə (o cümlədən, dövlət-özəl tərəfdaşlığı) tələb olunan hesabatları (məlumatları) təqdim etməsi;
- Səlahiyyətləri daxilində dövlət qurumlarının müvafiq struktur bölmələri, o cümlədən yerli və xarici maliyyə qurumları və iqtisadi məsələlərin təhlili ilə məşğul olan yerli və xarici məsləhətçilər ilə müzakirələr aparmaq, görüşlər keçirmək və əməkdaşlıq etməsi;
- Layihə kreditləri (o cümlədən, dövlət-özəl tərəfdaşlığı) sahəsində araşdırmaların və tədqiqatların aparılması;
Bizim üçün uyğun namizəd:
- Maliyyə və İqtisadiyyat üzrə ali təhsilli olmalı;
- Bank-maliyyə sektoru sahəsində ən az 3 il iş təcrübəsinə sahib olmalı;
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl biliyə sahib olmalı;
- Yüksək səviyyədə Microsoft Office proqramları biliyinə sahib olmalı;
- Azərbaycan Respublikasının Mərkəzi Bankının /Layihəmaliyyələşdirilməsi /Dövlət-özəl tərəfdaşlığı normativ aktları ilə tanışlıq olmalı;
- Bank fəaliyyətini tənzimləyən qanunvericilik bazası ilə tanışlıq olmalı;