Daxili audit departamentinə baş İT auditor, aparıcı İT auditor, İT auditor

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • İT infrastruktur, siyasət və əməliyyatlarının yoxlanılması və qiymətləndirilməsi;
  • İT sahəsi üzrə risklərin və nəzarət sistemlərinin adekvatlılığının, həmçinin fəaliyyətin səmərəliliyinin və xərclərin effektivliyinin yoxlanılması;
  • Üçüncü tərəf, İT xidmət təminatçıları və autsorsinq razılaşmaları ilə bağlı risklərin qiymətləndirilməsi;
  • İş davamlılığının və fəlakətin bərpası planlarının qiymətləndirilməsi;
  • İT Sistemlərinin və İT İnfrastrukturunun təhlükəsizliyinin adekvatlığının və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi;
  • Məsafədən və yerində auditlər aparmaq,məlumat/məlumat bazalarının təhlilini həyata keçirilməsi;
  • Audit müşahidəsi,tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatların tərtib edilməsi.

 

Bizim üçün uyğun namizəd:

  • Aşağıda qeyd edilən sahələrdən hər hansı birində təcrübə və biliyə sahib olan:

             - İT sistem inzibatçılığı və ya şəbəkə sahəsində fundamental biliyə

            - UNİX, Linux əməliyyat sistemləri və ya Windows serves ilə işləmə bacarığına;

            - İT Governance və ya İT Risk sahəsində 1 il təcrübəyə;

            - Proqramlaşdırma və ya DevOps sahəsində 1 il təcrübəyə;

  • Əlaqədar sahələrdə ali təhsil və/və ya sertifikatlara malik olan;
  • Yüksək fərdi xüsusiyyət və dəyərlərə sahib olan;
  • Analitik və kritik düşünmə,
  • Təşəbbüskarlıq və əzmkarlıq,
  • Qərəzsizlik, tərəfsizlik, müstəqillik,
  • Məsələlələrə mikro və makro baxış,
  • Yüksək ünsiyyət bacarıqları,
  • Davamlı inkişaf həvəsi və s.
  • Azərbaycan, ingilis və ya rus dili biliklərinə sahib olan;
  • Vətəndaş qüsursuzluğu olan şəxsdir.