Görəcəyiniz işlər:
- Məlumat bazalarının fəaliyyətini təşkil etmək, dəyişiklikləri və dayanıqlılığı təmin etmək;
- Yeni məlumat bazalarını qurmaq, optimallaşdırmaq və sazlamaq;
- Serverlərin və məlumat bazalarının əməliyyat sistemlərinin yenilənməsini planlaşdırmaq və həyata keçirmək;
- Məlumat bazalarını müxtəlif mühitlərə (ehtiyat mərkəzlərinə) köçürmək və yüksək mövcudluq arxitekturalarını təşkil etmək;
- Verilənlər bazası monitorinq və idarəetmə alətlərindən (Nagios, Prometheus,Zabbix, Oracle Cloud Control və s.) istifadə edərək performans izləmək, müntəzəm olaraq təhlil və optimallaşdırma aparmaq;
- CDC (Change Data Capture) alətləri (Golden Gate) ilə məlumat sinxronizasiyasını təşkil etmək və replikasiya proseslərini idarə etmək.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (Əlaqəli sahələr üzrə);
- Azərbaycan, İngilis və Rus dili bilikləri;
- Oracle, PostgreSQL, MongoDB, MSSQL kimi məlumat bazaları üzrə praktik iş təcrübəsi (konfiqurasiya, optimallaşdırma, yüksək mövcudluq);
- RDBMS və Oracle arxitekturasının dərindən anlaşılması, SQL və PL/SQL yazma bacarıqları;
- Məlumat bazalarının performansını tənzimləmək və optimallaşdırmaq üçün müxtəlif metodlardan (indexing, query tuning, partitioning və s.) istifadə bacarığı;
- Linux əməliyyat sistemində yetəri səviyyədə təcrübə və idarəetmə bacarıqları (failover mexanizmləri, virtualizasiya, containerization, və s.);
- CDC (Golden Gate və s.) və verilənlər bazası replikasiya mexanizmləri ilə təcrübə;
- Sahə üzrə beynəlxalq sertifikatlar (Oracle DBA, PostgreSQL və ya digər əlaqəli sahələrdə) üstünlükdür.