İstifadəçi təcrübəsi və dizayn şöbəsinə UI/UX üzrə baş dizayner

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Məhsul sahibi və dizayn rəhbəri ilə birgə, biznes tələblərinə və istifadəçi təcrübəsinə uyğun olaraq UX/UI dizaynlarının hazırlanması;
  • Biznes ehtiyaclarını anlamaq, təhlil etmək və dizayn həllərinə tətbiq etmək, dizayn qərarlarını məlumatlarla əsaslandırmaq;
  • Kəmiyyət və keyfiyyət UX araşdırmalarını icra etmək, istifadəçi yönümlü məhsulların hazırlanmasını təmin etmək;
  • Fərziyyələrin testi, istifadəyə yararlılıq testi, A/B testlər və digər eksperimental metodlarla məhsulun istifadə yönümlülüyünü yoxlamaq və dizaynı inkişaf etdirmək;
  • CJM-lər, User Flow, Mind Maps, İnformasiya Arxitekturası, Wireframe və Prototype-ların yaradılması;
  • Rəqəmsal məhsul komandasının üzvləri ilə aktiv əməkdaşlıq etmək, kommunikasiya qurmaq və dəstək vermək;
  • İstifadəçi geri dönüşlərini təhlil etmək, istifadəçi davranışlarını izləmək və məhsulun inkişafı üçün tövsiyələr vermək;
  • Genişləndirilə bilən dizayn sistemlərinin yaradılması və ya inkişaf etdirilməsi və Design System qaydalarına riayət olunmasını təmin etmək;
  • Məhsullar arası dizayn qaydalarına və prinsiplərinə riayət etmək, onlara töhfə vermək və yeni tendensiyalara uyğunlaşdırmaq;
  • Komandadaxili çevik (Agile) və digər iş proseslərinə uyğun işləmək və effektiv dizayn prosesini təmin etmək;
  • Dizaynların texniki uyğunluğunu təmin etmək, development komandası ilə sinxron işləmək və proqramlaşdırma üçün dəqiq dizayn materialı təqdim etmək.
  • Mövcud rəqəmsal məhsulların performansını təhlil etmək, UX auditi aparmaq və təkmilləşdirmə planları hazırlamaq;
  • Yeni texnologiyalar və dizayn trend-lərini izləmək və komandaya innovativ həllər təklif etmək.

Bizim üçün uyğun namizəd:

  • UX/UI dizayn sahəsində 5+ il iş təcrübəsi;
  • Ali təhsil;
  • Təcrübənizi əks etdirən portfolio;
  • Figma, Sketch, Adobe XD kimi dizayn alətlərində mükəmməl səviyyədə işləmək bacarığı;
  • Dizayn sistemləri və komponent kitabxanaları ilə işləmə təcrübəsi;
  • Responsive və Adaptive dizayn prinsiplərini bilmək və tətbiq etmək;
  • İstifadəçi tədqiqatları, məlumat analitikası və kəmiyyət/keyfiyyət araşdırmaları üzrə təcrübə;
  • Prototipləmə və Wireframing üzrə yüksək səviyyədə bacarıq;
  • İstifadəyə yararlılıq testləri (Usability Testing) və A/B testləri icra etmək bacarığı;
  • İnteraktiv və animasiyalı dizaynlar yaratmaq üçün After Effects, Principle və ya digər Motion alətləri ilə işləmək bacarığı (arzuolunandır);
  • HTML, CSS və JavaScript haqqında əsas biliklər (dizaynların texniki uyğunluğunu yoxlamaq üçün);