Rəqəmsal marketinq mütəxəssisi /aparıcı mütəxəssisi /baş mütəxəssisi (websayt kontentinin idarə edilməsi üzrə)

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz Işlər:

  • Admin paneldə dəyişikliklərin icrasını təmin etmək və müvafiq texniki yenilikləri tətbiq etmək;
  • Bankın veb-saytı, mobil tətbiqi və digər rəqəmsal resurslarında kontent və interfeys dəyişikliklərini həyata keçirmək;
  • Rəqəmsal marketinq alətləri və platformalar üzrə yenilikləri izləmək və tətbiq etmək;
  • Rəqəmsal kampaniyalara texniki dəstək vermək, banner və kontent inteqrasiyalarını icra etmək;
  • Məlumat bazalarını və analitik alətləri istifadə edərək, rəqəmsal performans hesabatlarını hazırlamaq;
  • Rəqəmsal marketinq şöbəsi ilə sıx əməkdaşlıq edərək müvafiq dizayn və inkişaf komandaları ilə koordinasiya aparmaq;
  • SEO optimizasiya proseslərini dəstəkləmək və veb-sayt üzərində texniki SEO dəyişikliklərini icra etmək;

Bizim Üçün Uyğun Namizəd:

  • İnformasiya texnologiyaları, rəqəmsal marketinq, kompüter elmləri və ya müvafiq sahə üzrə ali təhsil;
  • Veb-sayt idarəetmə sistemləri (CMS – WordPress, Joomla, və s.) ilə işləmə bacarığı;
  • Minimal HTML, CSS və JavaScript üzrə baza biliklərinin olması üstünlükdür;
  • SEO prinsipləri və veb optimizasiya üzrə anlayışların olması;
  • Komanda ilə işləmə bacarığı və təşəbbüskar yanaşma;
  • Problemləri analiz etmə və həll etmə qabiliyyəti;
  • Yüksək məsuliyyət və dəqiqlik;
  • Azərbaycan dili mükəmməl, İngilis və Rus dili bilikləri üstünlükdür.