Görəcəyiniz işlər:
- Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
- Pərakəndə kart biznesi sahəsi və digər tərəfdaşlarla (3-cü şəxslər) komandanın tərkibində məsələlərin müzakirə edilməsi, uyğunluğun təmin edilməsi və kənarlaşmaların aşkarlanması;
- Biznes proseslər, inteqrasiyalar, dəyişikliklər üzrə texniki məlumatları əks etdirən sənədlərin (istifadəçi və texniki səviyyədə) hazırlanması;
- Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə prosesin monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
- Dəyişiklik edilmiş Biznes prosesin əsas mühitdə istifadəyə verilmə anına qədər test prosesində komandaya, məhsul sahibinə və sifarişçi struktura dəstək verilməsi;
- Məhsul və ya Proses yaradılması (və ya dəyişiklik edilməsi) zamanı məlumatın report ediləcək səviyyədə saxlanılması ilə bağlı tələblərin qoyulması və bununla bağlı potensial risklərin müəyyən edilməsi;
- Proseslərin diaqram formasında hazırlanması.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- Sahə üzrə 2 ilə qədər iş təcrübəsinə;
- MS Office proqramları ilə sərbəst iş bacarığına;
- SQL scriptlərin yazılması üzrə təcrübəsinə;
- Servis (MS Rest, Soap) strukturunun formalaşdırılması və testləşdirilməsi üzrə təcrübəyə;
- UML dioqramların üzrə təcrübəyə;
- Agile metodologiya üzrə təcrübəyə;
- JIRA, Confluence üzrə təcrübəyə;
- Məhsul yaradılması üzrə iş bacarığına sahib olan şəxsdir.