"iOS Developers" təcrübə proqramı

Təcrübə Tam gün

İş haqqında

ABB ilə karyeranızı qurmağa başlayın!

ABB gənclərə texnologiya sahəsində peşəkar inkişaf imkanı təqdim edir! "iOS Developers" Təcrübə Proqramı, sizə Swift proqramlaşdırma dili üzrə praktiki biliklər qazandıracaq, real iş mühiti və təcrübə imkanları yaradacaq.

Bu proqramda nə üstünlüklər əldə edəcəksiniz:

  • Praktiki təlimlər – iOS inkişaf dünyasına dair bilik və bacarıqlar;
  • Ekspertlərlə iş – ABB Bank-ın IOS proqramçılardan biliklər əldə etmək.

Kimlər müraciət edə bilər?

  • Azərbaycan Respublikasının vətəndaşları;
  • Ali təhsilini bitirmiş və ya axşam növbəsində magistr təhsili alanlar;
  • Aşağıdakı biliklərə sahib olanlar:
  • Swift proqramlaşdırma dili üzrə əsas biliklər;
  • Xcode ilə işləmə təcrübəsi;
  • UIKit və Auto Layout ilə tanışlıq;
  • View Controller-lərin idarə edilməsi;
  • Networking əsasları (Codable, JSON parsing);
  • Git ilə işləmə bacarığı;
  • Problem həll etmə və debugging bacarıqları.

Seçim mərhələlərindən uğurla keçən iştirakçılar proqrama dəvət olunacaqdır.

Son müraciət tarixi: 15 aprel 2025

Müraciət edin və ABB ilə peşəkar iOS Developer olmaq yolunda ilk addımınızı atın!