Görəcəyiniz işlər:
- Bankın məhsul və xidmətlərinin təşviqi üçün optimal marketinq kommunikasiya kanallarının seçilməsində iştirak etmək
- Bankın imicinə və bazarda mövqeləndirilməsinə aid olan reklam və təşviq tədbirlərinin həyata keçirilməsində iştirak etmək
- Mövcud kommunikasiya kanallarının monitorinqini təşkil etmək
- Bankın məhsul və xidmətlərinin təşviqi üçün tam miqyaslı marketinq kampaniyalarının təşkilində iştirak etmək
- Filial və şöbələrdə çap reklam-məlumat xarakterli materialların düzgün yerləşdirilməsini, istifadəsini və yenilənməsini təşkil etmək
- Marketinq departamentinin müvafiq satınalma işləri və təchizatı üzrə sifarişlərin təmin edilməsini aparmaq
- AR qanunlarına uyğun olaraq müvafiq tender, kotirovka, təklif sorğularının keçirilməsini təşkil etmək
- Tenderin keçirilməsi üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq əşyalar və xidmətlərin, işlərin satınalması üzrə tender prosesini təşkil etmək, tender təkliflərini təhlil etmək, ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparılmaq
- Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək
- Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək
- Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosesləri effektiv təşkil etmək
- Korporativ tədbirlərin təşkilində iştirak etmək
- Sənəd dövriyyəsinin aparılmasını təmin etmək
Bizim üçün uyğun namizəd:
- Reklam, menecment və ya iqtisadiyyat sahəsində 1 il iş təcrübəsi;
- Ali təhsili olan;
- Microsoft Office proqram biliyi olan;
- Orta səviyyədə ingilis dili, orta səviyyədə rus dili biliyi olan;
- Analitik düşüncə tərzi olan, komandada işləmək bacarığı, təqdimat bacarığı, problemləri həll etmə bacarığı, kommunikasiya bacarığı olan şəxsdir.