Rəqəmsal dələduzluq risk və insidentləri üzrə mütəxəssis / aparıcı / baş mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Bankın əsas rəqəmsal kanalları (Kart, Mobil, İnternet Bankçılıq, Əsas Bankçılıq sistemləri) üzrə risk və insidentlərin müəyyən edilməsi;
  • Rəqəmsal kanallar üzrə daxil olan dələduzluq risk və insidentlərinin uçotunun aparılması və kütləvi insidentlərin müəyyən edilməsi hallarında, bankın risklərin idarəedilməsi siyasətinə uyğun tədbirlərin görülməsi və nəzarəti;
  • Bankın rəqəmsal həlləri üzrə risklərin müəyyən edilməsi, təkliflərin razılaşdırılması və tədbirlər planlarının hazırlanaraq tətbiq edilməsinə nəzarətin həyata keçirilməsi;
  • Bankın əsas məhsul və xidmətləri üzrə risk qiymətləndirilməsinin mütəmadi əsasda həyata keçirilməsi və rəsmiləşdirilməsi, nəticələr üzrə kənarlaşma hallarının aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi və nəzarət;
  • Müştəri şikayətlərindən qaynaqlanan və dələduzluq risklərinin idarəedilməsində boşluqların və kənarlaşmaların müəyyən edilərək tövsiyyələrin verilməsi;
  • Aktual rəqəmsal dələduzluq insidentlərinin idarəedilməsi istiqamətində bankdaxili və müştərilər ilə kommunikasiyanın, o cümlədən fərqindəlik tədbirlərinin təşkil edilməsi;
  • Beynəlxalq kart təşkilatlarının bülletenlərinə nəzarətin həyata keçirilməsi və dələduzluq risklərinin öncədən müəyyən edilməsi üzrə araşdırmaların həyata keçirilməsi;
  • Əməliyyat limitlərinin müəyyən edilməsində, o cümlədən beynəlxalq kart təşkilatlarının qaydalarından irəli gələn riskli halların əvvəlcədən müəyyən edilərək dələduzluğun idarəedilməsi sistemlərində ssenari əsaslı qaydaların hazırlanması üzrə tələblərin müəyyən edilməsi;
  • Bankdaxili sənədlərin razılaşdırılması prosesində dələduzluğun idarəedilməsi siyasətinə uyğunluğun yoxlanılması, natamam məqamlarım müəyyən edilərək daha dürüst proses və metodiki göstərişlərin hazırlanmasına nəzarətin həyata keçirilməsi;
  • Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların vaxtında, dürüst və düzgün şəkildə icra edilməsi.

 

 

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;
  • Rəqəmsal dələduzluq halları ilə bağlı mövcud qanunvericilik aktlarının tələblərini bilən və icra mexanizmlərini anlayan;
  • Problem həlli və təşəbbüskarlıq göstərən;
  • Məqsədyönlü və tapşırıqların vaxtında yerinə yetirən;
  • Analitik və kritik düşüncəyə sahib şəxsdir.