Rəqəmsal dələduzluq analitikası üzrə data analitik / aparıcı data analitik

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Bankın əsas rəqəmsal kanalları (Kart, Mobil, İnternet Bankçılıq, Əsas Bankçılıq sistemləri) üzrə mövcud məlumat bazalarının, o cümlədən dələduzluğun idarəedilməsi sistemləri üzrə məlumatların təhlili  və rəqəmsal dələduzluqla mübarizədə fayda gətirəcək məlumatların müəyyən edilməsi;
  • Rəqəmsal dələduzluq əməliyyatlarının istintaqı üzrə məlumat təhlillərinin aparılması və hesabatlıqların hazırlanaraq aidiyyatı üzrə təqdim edilməsi;
  • Requlyativ tələblərdən irəli gələn dələduzluq hesabatlıqlarının hazırlanması və nöqsanların aradan qaldırılması;
  • Bankdaxili rəqəmsal dələduzluq hesabatlıqlarının hazırlanması, kənarlaşmaların müəyyən edilməsi və kənarlaşmalar üzrə analitik təhlillərin aparılaraq səbəblərin qeyd edilməsi;
  • Gündəlik hesabatlıqların hazırlanması və avtomatlaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi;
  • Requlyativ hesabatlıq tələblərinin, o cümlədən beynəlxalq kart təşkilatlarının dələduzluq hesabatlıqlarının təqdim edilməsi və funksiyaların icrası zamanı kənarlaşma hallarının idarəedilməsi;
  • Şöbənin KPI göstəricilərinin nəzarət çərçivələrinin müəyyən edilməsi və mümkün data təhlillərinin həyata keçirilməsi üçün tələblərin müəyyən edilməsi və tətbiqi;
  • Məlumat əsasında qərar qəbul etmə prosesini dəstəkləmək üçün aydın və təsirli məlumat vizuallaşdırmaları hazırlamaq;
  • Modellərin testləşdirilməsi, qiymətləndirilməsi, ssenarilər üzrə dəqiqliyi artırmaq və yanlış müsbət nəticələri azaltmaq üçün təkmilləşdirmə nöqtələrinin müəyyən edilməsi;
  • Rəqəmsal dələduzluğun idarəedilməsi istiqamətində hesabat metodologiyasının hazırlanması və nəticələrin sənədləşdirilməsi, həm texniki, həm də əməliyyat tərəflərinin onları yaxşı anlamasını təmin etmək.

 

Bizim üçün uyğun namizəd:

  • İnformasiya, təhlükəsizlik və data texnologiyaları, maliyyə, menecment üzrə bakalavr dərəcəsi olan;
  • Məsafədən bank xidmətləri, ödəniş və kart sistemlərinin texniki iş prinsipləri bilikləri;
  • Kompüter və avadanlıqları, o cümlədən əməliyyat sistemləri üzrə bilikləri olan;
  • MS Ofis proqram təminatları üzrə bilikləri olan;
  • Məlumat sorğulama alətləri üzrə biliklər (PL/SQL, SQL Developer, Python və.s.);
  • Vizuallaşdırma alətləri ilə iş prinsipləri üzrə biliklər (Qliksense, Tableau, Power BI);
  • Rəqəmsal dələduzluğun idarəedilməsi sistemləri üzrə bilikləri olan şəxsdir.