Şəbəkə və əməliyyatların təhlükəsizliyi arxitekturası üzrə baş mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Böyük şəbəkə infrastrukturu üçün təhlükəsizlik həllərinin dizaynı, tətbiqi və dəstəyi.
  • Xarici və daxili sistemlərə təhlükəsiz qoşulmaların (site-to-site VPN, remote access, DMZ və s.) təhlükəsizlik tələblərinə uyğunluğunun təhlili və auditi.
  • Təhlükəsiz bağlantılarla bağlı layihələrin qiymətləndirilməsi və həyata keçirilməsində iştirak.
  • F5 BIG-IP platformasında (xüsusilə LTM, ASM, APM modulları) sistemlərin idarə olunması və sazlanması.
  • Palo Alto, Cisco ASA, FortiGate və digər firewall-ların idarə edilməsi və təhlükəsizlik qaydalarının qurulması.
  • IPS/IDS, Web Application Firewall, Reverse Proxy və digər müdafiə sistemlərinin inteqrasiyası.
  • DevOps, sistem inzibatçıları və memar komandaları ilə təhlükəsizliyin təmin olunması üçün sıx əməkdaşlıq.
  • Şəbəkə hadisələrinə reaksiya, trafik analizi və insident araşdırmaları.
  • Təhlükəsizlik infrastrukturuna dair texniki sənədlərin və arxitektur diaqramların hazırlanması.

 

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;
  • Şəbəkə təhlükəsizliyi sahəsində 5 ildən çox iş təcrübəsi;
  • Şəbəkə texnologiyaları və protokolları barədə dərin biliklər (TCP/IP, UDP, DNS, HTTP/S, IPsec, BGP, OSPF, NAT və s.);
  • F5 BIG-IP sistemləri ilə işləmək təcrübəsi (xüsusilə iRules yazmaq bacarığı);
  • Daxili və xarici sistemlər arasında təhlükəsiz əlaqə layihələrində iştirak təcrübəsi;
  • Palo Alto, Cisco ASA, FortiGate kimi firewall sistemləri ilə təcrübə;
  • DMZ, Zero Trust, şəbəkə seqmentasiyası konseptləri barədə biliklər;
  • DDoS hücumlarına qarşı müdafiə tədbirlərinin həyata keçirilməsi bacarığı üstünlükdür;
  • İngilis diliorta səviyyə (Intermediate) və ya daha yüksək olan;
  • Şəbəkə diaqramları və texniki sənədlərin hazırlanması bacarığı olan şəxsdir.