Müqavilələr və bank əməliyyatlarına hüquqi dəstək şöbəsi üzrə hüquqşünas

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Sahibkarlıq subyektlərinə verilən kredit və həmin kreditlər üzrə öhdəliklərin təminatı ilə bağlı sənədlərin hüquqi ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək;
  • Bank fəaliyyəti ilə əlaqədar standart şərtli müqavilələri və digər müxtəlif növ müqavilələri, sazişləri və sair oxşar sənədləri hazırlamaq;
  • Bütün növ müqavilələrin, sazişlərin hüquqi ekspertizasını həyata keçirmək, onların Bankın mənafeyi və qanunvericiliyin tələblərinə uyğunluğu barədə hüquqi rəylər vermək;
  • Bankda satınalma işinin təşkilinə hüquqi dəstək vermək, bununla əlaqədar sənədlərin və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək;
  • Bankın səlahiyyətli idarəetmə orqanlarının qərar layihələrinin hüquqi ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək;
  • Bütün növ bank əməliyatları ilə bağlı müvafiq struktur bölmələrə hüquqi dəstək göstərmək.

Bizim üçün uyğun namizəd:

  • Ali hüquq təhsilli;
  • Qeyd olunan istiqamətlər üzrə 2-3 il iş təcrübəsi olan;
  • Analitik düşünmə və təhlil qabiliyyəti olan;
  • Rus və İngilis dillərini yaxşı bilən;
  • MS Office (əsasən MS Word və MS PowerPoint) proqramlarında sərbəst işləmək bacarığına sahib olan şəxsdir.