Korporativ biznes departamentinin Korporativ satışlara dəstək şöbəsinin mütəxəssisi

Daimi Tam gün

İş haqqında

 

Görəcəyiniz işlər:

  • MXS-də qeyri-kredit məhsullarının satışı və xidmətin həyata keçirilməsi ilə bağlı yaranan gündəlik problemləri, çatışmazlıqları müəyyən etmək, onların yaranma səbəblərini araşdırmaq və aradan qaldırılması üçün zəruri tədbirlər görməsi;
  • MXS əməkdaşlarına qeyri-kredit məhsulları ilə bağlı tətbiq edilən işgüzar dövriyyə adətləri, həmçinin müvafiq qanunvericilik və bankdaxili normativ sənədlər üzrə zəruri metodik yardım göstərməsi;
  • Məsafədən göstərilən bank xidmətləri üzrə həm müştərilərə, həm də MXS-lərin müvafiq əməkdaşlarına dəstək göstərməsi;
  • Korporativ müştərilərə göstərilən xidmətlərin optimallaşdırılması və avtomatlaşdırılması ilə bağlı təkliflər vermək və onların icrasında iştirak etməsi;
  • Şöbənin fəaliyyəti ilə bağlı bankdaxili normativ sənədlərin hazırlanması və ya onlarda dəyişiliklər edilməsi üzrə rəy və təkliflər verməsi;
  • Korporativ məhsul və xidmətlər üzrə təqdimatların hazırlaması.

 

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli olmalı (Riyazi və iqtisadi sahədə təhsil üstünlükdür);
  • Bank sahəsində minimum 5 il təcrübəsi olmalı;
  • Rəqəmsal kanallarda müştəri təcrübəsi üzrə məlumatlı olmalı(arzuolunandır);
  • Rus və inglis dili biliklərinə sahib olmalı;
  • MS Office proqramlarında işləmək bacarığı olmalı;
  • Komandada işləmək bacarığı olmalı;
  • Təqdimatların və hesabatların hazırlanması üzrə bacarığı olmalı;