Texnologiya və arxitektura sahəsinə back-end üzrə baş proqramçı

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Tapşırıqların razılaşdırılmış müddətlərə uyğun icrasını təmin etmək;
  • Həll yolu dizaynları, kodları və layihəyə aid bütün aktivləri səliqəli və güncəllənmiş şəkildə sənədləşdirmək;
  • Məhsul və texniki tələbləri müəyyən etmək üçün layihəyə maraqlı tərəflər ilə əməkdaşlıq etmək;
  • İnteqrasiya ehtiyaclarını müəyyən etmək üçün analizlər aparmaq;
  • Funksional tələblərə cavab verən, test edilə bilən və saxlanması asan olan kod yazmaq. Test yönümlü inkişaf (TDD) yanaşmasına həvəsli olmaq;
  • Tətbiqlərin spesifikasiyalara və texniki tələblərə uyğun olub-olmadığını müəyyən etmək üçün Arxitekt, QA komandası və biznes analitiklərlə işləmək;
  • Bilik mübadiləsində aktiv iştirak etmək – triangle-lar, circle-lar, icmalar və tədbirlər təşkil etməklə;
  • Backend Chapter üzvlərini texniki bacarıqlar baxımından mentorluq etmək;
  • Komanda üzvlərinin fərdi inkişafına dəstək olmaq.

 

Bizim üçün uyğun namizəd:

  • Kompüter Elmləri üzrə bakalavr dərəcəsi (və ya bərabər iş təcrübəsi);
  • İngilis dilində peşəkar işgüzar səviyyədə bilik;
  • Agile mühitində (Scrum, Kanban, Jira və s.) proqram məhsulu inkişaf komandalarında iş təcrübəsi;
  • Yüksək problem həll etmə və tənqidi düşünmə bacarıqları, analitik düşüncə və müsbət yanaşma;
  • Java 8+ və Spring Boot ilə təcrübə;
  • Java haqqında dərin biliklər (memory management, transaction management, etc.);
  • Əlavə olaraq Python, Node.js, GoLang dil bilikləri üstünlükdür;
  • REST API proqramlaşdırma təcrübəsi;
  • Təmiz kodlaşdırma, təmiz arxitektura və SOLID prinsipləri üzrə möhkəm anlayış;
  • Bulud dizayn nümunələri və cloud-native mikroservislərin dizaynı üzrə praktiki təcrübə;
  • Reaktiv kodlaşdırma nümunələri və çərçivələri (Reactor, Spring WebFlux və s.) ilə iş təcrübəsi;
  • AI/GenAI texnologiyaları, LLM arxitekturaları, prompt mühəndisliyi, RAG sistemləri, fine-tuning metodologiyaları və süni intellekt həllərinin praktiki tətbiqi sahəsində anlayışı olanlara üstünlükdür;
  • Unit/integration testləri, TDD/BDD təcrübələri üzrə bacarıq;
  • RDBMS (Oracle, PostgreSQL və s.), SQL və ORM texnologiyaları (JPA2, Hibernate) üzrə əla bilikləri olan;
  • NoSQL verilənlər bazaları (MongoDB, Elasticsearch, Redis və s.) ilə təcrübə;
  • Mesaj növbələri (RabbitMQ, Kafka və s.) üzrə təcrübə;
  • Timeseries verilənlər bazaları (InfluxDB və s.) haqqında fundamental anlayış və təcrübə;
  • CI/CD alət və prosesləri üzrə iş təcrübəsi;
  • Docker və Kubernetes və ya OpenShift istifadə təcrübəsi olan şəxsdir.