Görəcəyiniz işlər:
- Bankın flaqman kart məhsullarının ümumilikdə uğur qazanması üçün prosesə liderlik etmək;
- İstifadəçilərin tələblərini və təcrübələrini təhlil etmək;
- Məhsul ilə bağlı tələbləri və əngəlləri aşkarlamaq üçün bir neçə komanda ilə əməkdaşlıq etmək;
- İstifadəçi məmnuniyyətini artırmaq üçün faydalılıq barədə araşdırma və tədqiqatları məhsulla bağlı tələblərə daxil etmək;
- Tələblər və yekun materialları proqramçılarla müzakirə etmək və tələbləri açıq şəkildə komandaya izah etmək;
- Məhsullarla bağlı görüləcək işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək;
- Hər bir tapşırıq ilə bağlı qəbul meyarlarını müəyyən etmək;
- Maraqlı tərəflərlə birlikdə məhsulun satışa buraxılmasını planlaşdırmaq;
- Mütəmadi olaraq məhsulların gəlirliyini təhlil etmək, göstəricilərini izləmək və qiymətləndirmək;
- Məhsulun yaradılması, mövcud məhsulların təhlili və inkişafı prosesində hərtərəfli şəkildə komandaya istiqamət verməkdir.
Bizim üçün uyğun namizəd:
- Bank işi vəya digər müvafiq layihə işi üzrə minimum 3 il təcrübəyə və biliyə;
- Kart məhsul və xidmətləri sahəsində təcrübəyə;
- VISA, Mastercard ödəniş sistemləri ilə iş üzrə baza biliklərinə;
- “Agile” mühitində iş təcrübəsin olması (arzuolunandır);
- Məhsul yaradılması və inkişafı üzrə biznes modellərinin tətbiqi üzrə biliklərinə;
- Məhsullar üzrə yol xəritəsinin yaradılması üzrə təcrübəyə;
- Danışıqlar aparmaq və liderlik üzrə güclü bacarıqlara;
- Komandada və fərdi şəkildə işləmək bacarığına;
- Strateji və taktiki düşüncə qabiliyyətinə;
- İşə yüksək enerji və həvəslə yanaşmaq, ətrafındakı insanlara təsir göstərmək qabiliyyətinə;
- Komandada səmimiyyət formalaşdıraraq rahat və effektiv iş mühiti yaratmaq qabiliyyətinə sahib olan şəxsdir.