Aktiv və passivlərin idarə edilməsi şöbəsinin mütəxəssisi/aparıcı/baş mütəxəssisi

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Bankın Aktiv və Passivlərinin İdarəolunmasında, o cümlədən, departamentin fəaliyyəti üzrə likvidliyin və vəsaitlərin səmərəli idarə edilməsini, faiz dərəcəsi və likvidlik risklərinini idarə edilməsində iştirak etmək;
  • Bankın aktiv və passivlərinin proqnozlaşdırılması ilə xalis faiz gəlirinin artırılması və vəsaitlərin səmərəli idarə edilməsi üzrə proqnozlar vermək və rəhbərliyə təkliflər vermək;
  • Makroiqtisadi dəyişikliklər, bazar tendensiyaları və potensial requlyativ tələblər üzrə araşdırmalar aparmaq, bankın strateji fəaliyyətinə təsir edəcək amilləri təhlil etmək və qabaqlayıcı həll yolları hazırlamaq;
  • Bankın gündəlik likvidliyinin idarə edilməsi və likvidlik əmsalların hesablanması ilə requlyativ normalara riayət olunmasını təmin etmək;
  • Balansın idarə edilməsi məqsədilə ticarət əməliyyatlarının həyata keçirilməsi üçün Bazar əməliyyatları komandasına tövsiyyələr vermək və icrasını izləmək;
  • Bloomberg ticarət platforması vasitəsilə bazar əməliyyatlarının monitorinqini aparmaq, effektivliyini və balans idarəetməsinə təsirini qiymətləndirmək;
  • Bankın balansını optimallaşdırmaq üçün likvidlik, faiz dərəcəsi və digər maliyyə alətlərindən istifadə edərək əməliyyatların koordinasiyasını təmin etmək;
  • Aktiv və Passivlərin İdarəedilməsi üzrə daxili qaydalar, metodologiyalar və çərçivələrin hazırlanmasında iştirak etmək və onların bankın strateji məqsədlərinə uyğun şəkildə tətbiqini təmin etmək;
  • Müvafiq olaraq likvidlik, faiz dərəcəsi riski və bankın balansı ilə bağlı müxtəlif ssenarilər üzrə stress-testlərin həyata keçirilməsini təmin etmək və rəhbərliyə təkliflər vermək;
  • Aktivlər və Passivlərin idarə edilməsi komitəsinə və rəhbərliyə təqdim etmək üçün tələb olunan hesabatları hazırlamaq;
  • Bankın məhsulları üçün FTP (Funds Transfer Pricing) metodologiyasını tətbiq və inkişaf etdirmək;
  • Bankın açıq valyuta mövqelərini mütəmadi olaraq monitorinq etmək, potensial riskləri qiymətləndirmək və tənzimləyici normalara uyğunluğunu təmin etmək;
  • Xarici valyuta (FX) əməliyyatlarının icrasını və effektivliyini izləmək, onların bankın balans idarəetməsinə təsirini dəyərləndirmək və tövsiyələr vermək.                                                                                                                                                                                                                                                                    

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi təhsil (maliyyə, iqtisadiyyat və ya uyğun sahələr üzrə);
  • Yüksək səviyyədə MS Office proqramlarında işləmək bacarığına;
  • Minimum 3 il iş təcrübəsi (Maliyyə, bazar riskləri və ya Xəzinədarlıq sahəsində iş təcrübəsi arzuolunandır);
  • Bloomberg ticarət platforması ilə işləmə təcrübəsi arzuolunandır;
  • Strateji yanaşma ilə problemləri həll etmək bacarığı və yerli, beynəlxalq regulativ tələblər haqqında bilik;
  • SQL və ya digər kodlaşdırma dillərində biliyə (arzuolunandır);
  • Beynəlxalq Sertifikatlara (FRM və ya CFA üzrə ilk səviyyələr arzuolunandır);
  • İnduktiv və analitik təhlil bacarığına;
  • Komandada işləmək bacarığına;
  • Təqdimat və ünsiyyət bacarığına sahib olan şəxsdir.