Rəqəmsal dələduzluq əməliyyatlarının təhqiqatı və idarəedilməsi üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  •  Kart və digər Rəqəmsal kanallar üzrə keçən şübhəli əməliyyatların təhlili.
  • Müştərilər ilə əməliyyatın dəqiqləşdirilməsi
  • Nəticəyə əsasən tədbir planının görülməsi
  • Hesabatların hazırlanması və müxtəlif instansiyalara təqdim edilməsi
  • Dələduzluq əməliyyatları üzrə tendensiyaları müəyyənləşdirmə və çoxhesablı əlaqələr quraraq saxta hesabların aşkarlanmasının həyata keçirilməsi
  • Elektron ticarət, POS, mPOS və LinkPay məhsulları üzrə riskli xidmətlərə nəzarətin təmin edilməsi
  • Müştəri olma prosesində müvafiq nəzarət sistemləri üzrə sorğuların idarəedilməsi, kənarlaşma hallarının müəyyən edilərək, aradan qaldırılması istiqamətində işlərin görülməsi
  • Dələduzluq əməliyyatları ilə bağlı etiraz sorğularının idarəedilməsi
  • Struktur üzrə təlim-tədris proseslərində, o cümlədən bankdaxili kommunikasiyanın təşkili və idarəedilməsində iştirak etmək
  • Dələduzluq əməliyyatları üzrə mübahisəli halların araşdırılması, aradan qaldırılması
  • Beynəlxalq Kart təşkilatlarının tələblərinə uyğun olaraq dələduzluq əməliyyatları üzrə hesabatların təqdim edilməsi və uyğunluğunun yoxlanılması
  • Beynəlxalq Kart Təşkilatları üzrə EFM, BRAM, ECM, QMAP, VDMP və VFMP proqram sorğularının idarəedilməsi və zamanında cavablandırılmasının təmin edilməsi

           

Bizim üçün uyğun namizəd:

  • Kompüter elmləri, statistika, informasiya sistemləri, informasiya təhlükəsizliyi üzrə Bakalavr və ya Magistr dərəcəsi;
  • Kompüter avadanlığı, əməliyyat sistemi(Microsoft Windows) və ofis proqram təminatı(Microsoft Office(Word, Excel, PowerPoint, Outlook və s.), sorğuların idarə edilməsi sistemləri(JIRA, Manage Engine və s.)) ilə işləmə bacarığı;
  • Məlumat sorğulama alətləri üzrə biliklər (PL/SQL, SQL Developer);
  • Məqsədyönlü və tapşırıqları düzgün və vaxtında yerinə yetirmək bacarığı olan;
  • Fraud Management, Card Processing, Core Banking, Merchant Screening, Internet Banking, Mobile/Web Banking və s. növ proqram təminatları və modulları ilə yaxşı səviyyədə işləmə bacarığı;
  • Yükəsək səviyyədə ünsiyyət bacarığı;
  • Analitik düşünmə bacarığı olan şəxsdir.