Pərakəndə seqment sahəsinin müştəri təcrübələri üzrə mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

• Məhsul imkanlarının araşdırılması və genişləndirilməsi üçün davamlı olaraq yerli və xarici bazarların təhlili, bank çərçivəsində təkliflərin hazırlanması;
• Mövcud məhsulların müştəri perspektivindən bazar tələblərinə uyğunluğunun təhlili, zəif nöqtələrin və ehtiyacların aşkar edilməsi;
• Konsepsiyaların optimallaşdırılması və ideyaların yaradılmasında iştirak, müştərilərlə müxtəlif vasitələrlə sorğuların, istifadəçi tədqiqatlarının aparılması;
• Məhsul və konsepsiyalar üzrə kommunikasiya üslublarının təyin olunması, vizual və reklam üzrə kontentlərin hazırlanması və idarəedilməsində davamlı iştirak;
• Görülmüş işlərin nəticələrinin vizuallaşdırılması və təqdimatının həyata keçirilməsi.

Bizim üçün uyğun namizəd:

• Ali təhsilə;
• Minimum 1 (bir) il iş (bank, telekommunikasiya və ya sığorta sahələrində) təcrübəyə;
• İnnovativ, yeniliklərə açıq və müştəri yönümlü yanaşmaya;
• Təşəbbüskar, işinə sahiblənən, analitik düşüncəyə;
• Yüksək səviyyədə MS Office (xüsusilə MS Excel) biliklərinə;
• Güclü kommunikasiya, təqdimat və vaxtın idarə edilməsi bacarıqlarına;
• Məhsul və konsepsiyaların hazırlanması, təhlili istiqamətlərində iş təcrübəsinə (üstünlükdür);
• Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə istəyinə;
• Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına;
• Xarici dil biliklərinə (ingilis və rus dili üstünlükdür) sahib olan şəxsdir.