İstifadəçi təcrübəsi və dizayn şöbəsinin qrup rəhbəri

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Şirkətin məhsul və xidmətlərinə dair bütün dizayn proseslərini rəhbərlik etmək: UI/UX dizayn, vizual dizayn və istifadəçi təcrübəsi istiqamətlərini koordinasiya etmək;
  • Rəhbərlik etdiyi UX/UI dizayn komandası daxilində iş bölgüsünü düzgün qurmaq və dizayn sistemlərinin inkişafına nəzarət etmək;
  • Məhsul komandaları (məhsul sahibi, programçı, marketinq mütəxəssisləri və s.) ilə sıx əməkdaşlıq edərək istifadəçi mərkəzli həllər yaratmaq;
  • Komandanın peşəkar inkişafını təmin etmək: mentorluq, bilik paylaşımı və performans dəyərləndirməsi;
  • İstifadəçi tədqiqatları və testlər vasitəsilə qərarların dataya əsaslanmasını təmin etmək;
  • Müxtəlif layihələr üzrə prioritetləri və resurs bölgüsünü təyin etmək;
  • Şirkətin dizayn dilini, məhsul dizaynları üzrə uyğunluğu qorumaq və inkişaf etdirmək;
  • Innovativ yanaşmalar və trendləri izləyərək dizayn proseslərinə inteqrasiya etmək.

Bizim üçün uyğun namizəd:

  • Minimum 5 illik UI/UX və vizual dizayn təcrübəsi, ən azı 2 il liderlik və ya menecment təcrübəsi;
  • Figma, Adobe Creative Suite, Prototyping və dizayn sistemləri ilə yüksək səviyyədə işləmək bacarığı;
  • Design thinking və user-centered design prinsiplərinə dərindən bələd olmaq;
  • Agile və ya cross-functional komandalarla işləmə təcrübəsi;
  • Güclü liderlik, layihə idarəetməsi və problem həll etmə bacarıqları;
  • Güclü portfolio, FinTech sahəsində və agilə mühitində iş təcrübəsi üstünlükdür;
  • Azərbaycan və İngilis dillərində sərbəst ünsiyyət bacarığı, Rus dili üstünlükdür;