Texniki xidmət və proqram təminatının yüklənməsi üzrə mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • POS-terminalların anbar işinin təşkili, ehtiyat hissələrinin qeydiyyatının aparılması;
  • Təsərrüfat subyektlərindən geri təhvil alınmış POS-terminal avadanlıqlarının texniki yoxlanışının həyata keçirilərək anbara daxil edilməsi;
  • Potensial texniki problemləri müəyyənləşdirmək və aradan qaldırılması istiqamətində aidiyyəti tərəflərlə işləri icra etmək;
  • POS-terminalların ticarət subyektlərində quraşdırılması;
  • POS-terminalların proqram təminatı ilə təchiz olunması;
  • Ticarət subyektində POS-terminalların istifadə qaydaları barədə müəssisənin əməkdaşlarına təlimat vermək;

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (üstünlük verilir);
  • Fundamental hardware, software, periferiya qurğuları və printer problemlərini və nasazlıqlarını aradan qaldırılması üzrə biliklər və bacarıqlar;
  • Rus dili (sərbəst)
  • Problemləri düzgün analiz edə bilmə bacarığı;
  • Komanda şəklində işləmə bacarığı, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti;
  • MS Office (yüksək səviyyədə)
  • İti bucaqlı düşüncə, troubleshooting bacarıqlarına malik olması;
  • 1C proqram təminatından istifadə bacarığı olan şəxsdir.