Ekvayrinq layihələrin idarə edilməsi üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

• Ekvayrinq layihələri üzrə bazar araşdırılması aparmaq və yeni məhsulların hazırlanması üzrə təkliflər hazırlamaq;
• Ekvayrinq məhsulları üzrə texniki tapşırıqların yazılması, layihələrinin idarə edilməsi;
• Potensial müştərilər və seqmentlər üzrə təhlillərin aparılması;
• Məhsullar, biznes vahidləri üzrə təhlillərin aparılması;
• Müvafiq təhlil hesabatlarının hazırlanması və təqdim edilməsi;
• Mövcud məhsul və xidmətlərin təkmilləşdirilməsi və yeni məhsulların bazara çıxarılması ilə bağlı müvafiq işlərin tamamlanması;
• Departamentin digər bölmələri tərəfindən sifariş olunan layihələrə dəstəyin göstərilməsi.

Bizim üçün uyğun namizəd:

• Ali texniki və ya iqtisadi təhsilə;
• Ekvayrinq sahəsi üzrə minimum 3 illik təcrübəyə;
• İnduktiv və analitik təhlil bacarığına;
• Təqdimat bacarığına;
• Bank işi və bank əməliyyatlarına dair ümumi biliklərə;
• Analitik və məntiqi təfəkkür, problemləri həll etmək, analitik mühakimə yürütmək və əsaslandırmaq, problemə müxtəlif kontekstlərdən baxmaq və həll etmək bacarığına;
• Ofis proqramlarında, xüsusilə yüksək Excel və PowerPoint biliklərinə;
• Rus dili və ingilis dili biliyinə sahib olan şəxsdir.