Müştəri təcrübələri üzrə mütəxəssis

Müvəqqəti Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Rəqabətə davamlı məhsulların yaradılması üçün komanda daxilində yeni tendensiya və imkanlarla bağlı aydın baxışın müəyyən edilməsi;
  • Komanda daxilində qarşılıqlı əlaqə və bilik mübadiləsi prosesinin qurulması;
  • İstiqamətə aid olan risklərin müəyyən edilməsi və eskalasiya olunması;
  • Komanda üzvlərinin bacarıq boşluqlarının müəyyən edilməsi;
  • Komanda daxilində peşəkar standartlar və iş metodologiyasının müəyyən edilməsi;
  • Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi;
  • Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqinin təmin olunması;
  • Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılmalıdır.


Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • Pərakəndə bankçılıq istiqamətində minimum 5 il iş təcrübəsinə;
  • Yüksək səviyyədə MS Excel biliklərinə;
  • Orta səviyyədə SQL, Qliksense biliklərinə (Python - arzu olunandır);
  • Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsinə;
  • Lider ruhuna;
  • İnnovativ yanaşmaya, motivasiya və kouçluq qabiliyyətinə;
  • Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına sahib olan şəxsdir.