Bank sistemləri sahəsinin RPA üzrə mühəndisi

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Müvafiq biznes bölmələri ilə sıx əməkdaşlıq edərək, avtomatlaşdırıla bilən proseslərin identifikasiyası, təhlili və prioritetləşdirilməsi;
  • UiPath Studio və UiPath Orchestrator alətləri ilə RPA həllərinin dizaynı, inkişafı, test edilməsi və yerləşdirilməsi;
  • İş axınlarının avtomatlaşdırılması ilə yanaşı, API inteqrasiyaları, OCR (Optical Character Recognition)  kimi komponentlərinin tətbiqi;
  • Mövcud botların monitorinqi, səmərəliliyinin təhlili və performansın artırılması üçün optimizasiya işləri;
  • Proses mərkəzli dizayn və sənədləşdirmə standartlarına uyğunluğu qorumaq;
  • RPA layihələrinin Agile/Scrum metodologiyası ilə idarə olunmasında iştirak;
  • UiPath-in son versiyaları və AI/RPA sahəsindəki texnoloji yeniliklərdən xəbərdar olmaq və tətbiq etmək.

Bizim üçün uyğun namizəd:

  • Kompüter Elmləri, İT və ya əlaqəli sahədə bakalavr və ya magistr dərəcəsi;
  • UiPath platformasında (Studio, Orchestrator, Assistant) minimum 1 il real layihə təcrübəsi;
  • REFramework ilə işləmək təcrübəsi;
  • UiPath Certification (Associate və ya Developer) üstünlükdür;
  • Python və/və ya VB.NET ilə skript yazmaq bacarığı;
  • API-lərlə (REST/SOAP) inteqrasiya təcrübəsi;
  • Data təhlili və strukturlaşdırılmamış məlumatların emalı sahəsində əsas biliklər (Excel, JSON, XML, OCR);
  • Komanda daxilində və müxtəlif şöbələrlə effektiv əməkdaşlıq bacarığı;
  • Problem həll etmə və innovativ yanaşma bacarığı;
  • Texniki sənədləri yazmaq və təqdim etmək bacarığı;
  • Davamlı öyrənməyə və yeni texnologiyalara açıq olmaq.