Komplayns üzrə aparıcı/baş hüquqşünas

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Bankın daxili normativ sənədlərinin və biznes proseslərinin müvafiq qanunlara, normalara, qaydalara və peşəkar standartlara uyğunluğunu qiymətləndirmək;
  • Bankın struktur bölmələrinin qanunvericiliyin tələbləri üzrə suallarını cavablandırmaq, aidiyyəti məsələlər üzrə qanunvericilik sahəsində araşdırmalar aparmaq;
  • Mövcud qanunvericilik tələbləri baxımından bankın mövqeyini qiymətləndirmək və potensial risklər barəsində rəhbərliyi məlumatlandırmaq və təkliflər vermək;
  • Komplayens sahəsində daxili normativ sənədlərin layihəsini hazırlamaq;
  • Müvafiq sahədə bank əməkdaşlarına təlimlər keçmək.

Bizim üçün uyğun namizəd:

  • Hüquq sahəsində ali təhsili olan;
  • Maliyyə sektorunda hüquqşünas kimi ən azı 2 il iş təcrübəsi olan;
  • Mövcud qanunvericiliyin, xüsusilə Mülki Məcəllə, Vergi Məcəlləsi və s., habelə Mərkəzi Bankın normativ sənədləri barədə məlumatlı olan;
  • Azərbaycan, ingilis dillərini yaxşı səviyyədə bilən;
  • MS Office proqramları ilə yaxşı səviyyədə işləmək qabiliyyəti olan;
  • İnduktiv və analitik təhlil bacarığı olan;
  • Problemləri həll etmə bacarığına sahib olan;
  • Yaradıcılıq və innovasiya bacarıqlarına sahib olan;
  • Zamanın idarə edilməsi üzrə bacarığı olan;
  • Komandada iş bacarıqlarına sahib olan;
  • Təqdimat bacarığı olan şəxsdir.