İnzibati binalara xidmət və əmlakların idarəedilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi (SƏTƏM üzrə)

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər: 

  • Əməyin mühafizə üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, sanitariya-gigyena qaydalarını və yanğına qarşı mühafizə tələblərini , mənimsəmək və bu sahədə əməkdaşlara təlimatlar keçmək;
  • Əməkdaşların qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli olan digər mənbələrdə işin yerinə yetirilməsinə nəzarət etmək.;
  • Ağır, zərərli və təhlükəli (qaynaq,hündürlürkdə iş, təmir-tikinti işləri) sahədə çalışan əməkdaşların fərdi mühafizə vasitələrilə təmin  olunmasına və əməkdaşların onlardan istifadə etməsinə nəzarət etmək;
  • Yeni işə başlamış əməkdaşlara əməyin mühafizəsi üzrə ilkin və dövrü təlimatlar keçmək;
  • Əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqında dərhal işəgötürənə məlumat vermək;
  • Ağır, zərərli və təhlükəli sahədə çalışan işçilərin vaxtaşırı (dövrü) tibbi müayinələrdən keçirilməsini təşkil etmək, Dövrü tibbi müayinədən keçməyi imtina edən əməkdaş barəsində, işəgötürənə məlumat vermək;
  • İşçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təlimatlandırılmasının, əməyin mühafizəsi üzrə biliklərinin yoxlanmasının təşkil edilməsi və iş yerlərinin atestassiya (tozlanma, rütubətlik, işıqlanma, səs-küy, titrəyiş yoxlanması) olunmasını təşkil etmək
  • Baş ofis strukturlarının yerləşdıyi binalar, filial və şöbələrdə əməyin mühafizəsi və yanğın təhlükəsiliyi üzrə yoxlamalar aparmaq, aşkar olunmuş pozuntular barəsində aidiyyat üzrə və rəhbərliyə məlumat vermək
  • Əməyin mühafizəsi üzrə normalara, texniki-təhlükəsizlik , yanğın təhlükəsizliyi və gigiyena qaydalarına riayət etməyən əməkdaşlar barəsində işə götürənə məlumat vermək, əməkdaşa intizam tənbeh verilməsi və işdən azad olunması üçün rəhbərliyə təqdimat vermək;
  • Rəhbərliyin müvafiq sahə üzrə göstərişlərini icra edilməsi;

Bizim üçün uyğun namizəd:

  • Əməyin təhlükəsizliyi, mühəndislik və ya əlaqəli sahələrdə ali təhsil;
  • Əməyin təhlükəsizliyi sahəsində ən azı 3 il təcrübə (Bank təcrübəsi üstünlükdür);
  • Müvafiq yerli və b.eynəlxalq əməyin təhlükəsizliyi qanunları və normativ aktları haqqında məlumat (məsələn, OSHA və ya digər yerli qanunvericilik);
  • İş yerində riskləri qiymətləndirmək və qarşısını almaq üçün müxtəlif metodologiyaları bilməli;
  • Təcili vəziyyətlər üçün müvafiq protokolları bilmək və hazırlamaq bacarığı;
  • Əməyin təhlükəsizliyi üzrə beynəlxalq sertifikatlar arzuolunandır (məsələn, NEBOSH, IOSH və ya digər müvafiq sertifikatlar);
  • Əməyin təhlükəsizliyi ilə bağlı yerli qanun və qaydalara tam bələd olmaq.