Maliyyə tərəfdaşlıq şöbəsinin mütəxəssisi/aparıcı/baş mütəxəssisi

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Rüblük hədəflərin müəyyənləşdirilməsi, qlobal praktikaya əsasən yeni metriklərin müəyyən olunması (Bankın əlaqəli istiqamətləri üzrə);
  • Əsas Performans Göstəricilərinin (KPI) idarə edilməsi;
  • Bankdaxili avtomatlaşdırılmış maliyyə performansının təhlili və hesabatlığın təmin edilməsi (Excel, Macros&VBA);
  • Rüblük hədəflərin icra nəticələrinin yoxlanılması və təsdiqlənməsi;
  • Strateji Maliyyə planlamasının aparılmasında qlobal təhlillərin aparılması;
  • Avtomatlaşdırılmış maliyyə modellərinin qurulması və inkişafı;
  • Çarpaz funksional əməkdaşlıq və koordinasiya;
  • Aylıq/rüblük/illik olaraq, mükəmməl səviyyədə təqdimatların hazırlanmasının təmin edilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahə üzrə);
  • Bank biznesi üzrə bilik və bacarıqlara (Agile metodologiya ilə sıx işləmə təcrübəsi üstünlükdür);
  • Verilənlərə əsaslanan qərar qəbuletmə: Maliyyə modelləşdirmə, proqnozlaşdırma və ssenari analizində peşəkarlığa;
  • Üstün səviyyədə Excel və Microsoft Office biliklərinə (SQL bilikləri arzuolunandır);
  • Biznesi anlamaq, analitik və kritik düşünmə, məntiqi fikir yürütmə bacarığına;
  • Mükəmməl ünsiyyət və təqdimat bacarıqlarına;
  • Vaxtın idarə edilməsi bacarıqlarına;
  • Beynəlxalq sertifikatlar (CFA, CPA, CIMA);
  • Xarici dil biliyi üzrə sertifikatlar (IELTS, TOEFL,  Duolingo) üstünlükdür;
  • Komandada iş bacarıqlarına sahib olan şəxsdir.