Texnologiya və arxitektura sahəsinin Proqram təminatı üzrə arxitektoru

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Biznes tələblərini başa düşmək, təhlil etmək və onların arxitektura  həllərini hazırlamaq;
  • Qabaqcıl texnologiyaları və alətləri araşdırmaq, layihə nəticələrini yaxşılaşdırmaq üçün ümumi İT strategiyaya uyğun olanı seçmək və dəyərləndirmək;
  • Layihələrin cari arxitektura vəziyyətini (olduğu kimi) təhlil etmək , texniki sənədləri yazmaq və arzu olunan arxitektura həllərini hazırlamaq;
  • Mövcud və gələcək biznes tələbləri ile güclü, çevik, ölçülə bilən, yenidən istifadə edilə bilən və uzunmüddətli dayanıqlı arxitektura həllərini hazırlamaq;
  • Arxitektura həllərini hazırlayan zaman təhlükəsizlik boşluqları, performans maneələri və texniki riskləri müəyyən etmək;
  • Arxitektura həllərinin uyğunluğunu təmin edərək komandalar tərəfindən icrasına nəzarət etmək;
  • Böyük və köhnə sistemlərin necə əlaqələndiyini və bir-biri ilə necə əlaqələndiyini təhlil etmək və anlamaq;
  • Arxitektura həllərini mütəmadi olaraq gözdən keçirərək uyğunluğunu qiymətləndirmək, təkmilləşdirmə sahələrini təyin etmək və dizayn proseslərini sadələşdirməklə effektivliyi artırmaq, xərcləri və səhvləri azaltmaq üçün həll yollarını  təklif etmək;
  • Ən yaxşı təcrübələrə, kodlaşdırma standartlarına və arxitektura prinsiplərinə riayət olunmasını təmin etmək;
  • Komandalara mentorluq etmək, mürəkkəb texniki problemləri həll etməyə kömək etmək;
  • Texniki sənədlərin yazılmasını təmin etmək.

 

Bizim üçün uyğun namizəd:

  • Kompüter elmləri və ya İnformasiya Texnologiyaları üzrə bakalavr və ya magistr dərəcəsi;
  • Proqramlaşdırma  üzrə  ən azı 6-8 il işpraktiki təcrübəsi, təcrübənin  əhəmiyyətli bir hissəsinin arxitektura və ya aparıcı rolda olması;
  • Mentorluq və layihələri uğurlu nəticələrə aparma üzrə təcrübə;
  • Proqramlaşdırma dilləri haqqında dərin biliklər;
  • Arxitektura, bulud texnalogiyaları (cloud) ve application design pattern bilikləri.
  • API-lərin dizaynı, tətbiqi, idarə edilməsi və RESTful, SOAP daxil olmaqla müxtəlif komponent və xidmətlərin inteqrasiyası üzrə biliklər;
  • Mesaj növbələri (queue) ekosistemini və inteqrasiya nümunələri üzrə dərin biliklər – məsələn, RabbitMQ, Kafka və s.
  • Verilənlər bazası texnologiyaları, həm SQL (PostgreSQL, Oracle) və həm də NoSQL (məsələn, MongoDB), o cümlədən verilənlər bazası dizaynı, optimallaşdırma və miqyaslanma ilə təcrübə;
  • DevOps, Docker, Kubernetes və  CI/CD (GIT flow ) üzrə biliklər;
  • T infrastrukturu,  şəbəkə və bulud texnologiyaları üzrə biliklər;
  • Müxtəlif əməliyyat sistemləri üzrə biliklər;
  • Orkestrasiya və konteyner platformaları ilə iş təcrübəsi;
  • Arxitektura dizayn prinsipləri, nümunələri (mikroservislər,event-driven arxitektura kimi) haqqında biliklər;
  • Güclü problem həll etmək, analiz etmək , ünsiyyət, pozitiv yanaşma, liderlik və əməkdaşlıq bacarıqları, qeyri-texniki əməkdaşlara mürəkkəb texniki anlayışları ifadə etmə bacarığı;
  • Agile idarəetmə prinsipləri üzrə  təcrübəsi olan şəxsdir.