Rəqəmsal marketinq şöbəsinin Aparıcı mütəxəssisi

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Təyin edildiyi sahə üzrə bank məhsulunun (kart, kredit, kampaniyalar, biznes və s) rəqəmsal kanallar vasitəsilə (Axtarış sistemləri, Google Display Network, Sosial şəbəkələr, e-mail sistemləri, mobile marketinq) bank brendi və məhsullarını potensial hədəf kütləsinə çatdırılmasını təmin etmək;
  • Ənənəvi kanallar üzrə marketinq layihələrinin koordinasiyasında iştirak etmək;
  • Bankın sosial şəbəkələrdəki səhifələrində konsept yaradılması prosesinin idarə edilməsini təmin etmək;
  • Bankın məhsul səhifələrinin mütəmadi olaraq yenilənməsi, kontentin hazırlanmasına ümumi nəzarətini təmin etmək;
  • Bankın rəqəmsal platformada aktivliyinin təmin etmək;
  • Statistikanın izlənməsi, analitika əsasında alınan nəticələr üzrə kampaniyaların optimallaşdırması üçün hesabatlar vermək;
  • Marketinq trendlərin izlənməsi və onların tətbiqi ilə əlaqədar təklifləri hazırlamaq, seçilən məhsullar və xidmətlər üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak etmək.


Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə (İqtisadiyyat, Marketinq, Biznesin təşkili, Reklam, Marketinq üzrə təhsil arzuolunandır);
  • Azərbaycan, rus və ingilis dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığına;
  • Marketinq sahəsi üzrə minimum 2 il iş təcrübəsinə;
  • Ofis proqramlarında sərbəst iş bacarığına;
  • Ünsiyyət və təqdimat bacarıqlarına;
  • Google Analytics ilə tam şəkildə işləmə bacarığına;
  • Strateji düşünmək və problemləri həll etmək qabiliyyətinə;