Görəcəyiniz işlər:
- İcrada olan kredit portfellərinə nəzarət;
- Vaxtı ötmüş borclarla işin başlanğıc mərhələsində, onun gedişində kredit təşkilatın borclu ilə məsafədən ünsiyyətin qurulması;
- Gecikmədə olan müştərilərlə telefonla əlaqə yaradılaraq gecikmə səbəbinin araşdırılması;
- Borc haqqında poçt bildirişi SMS və ya elektron ünvana məktubların göndərilməsi;
- Problemli kreditlərin normallaşdırılması üçün tədbirlərin həyata keçirilməsi.
Bizim üçün ideal namizəd:
- İqtisadiyyat, hüquq və maliyyə istiqamətləri üzrə ali təhsili olan;
- Yüksək dərəcədə ünsiyyət və münasibət qurma bacarıqları olan;
- Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları olan;
- Gərgin situasiyalarda emosiyaların idarə etməyi bacaran şəxsdir.