İnvestisiya həlləri şöbəsinin aparıcı treyderi

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Valyuta, faiz və digər maliyyə risklərinin idarəsi məqsədilə müştərilərə uyğun hedcinq alətləri (forward, futures, options, swap və s.) üzrə həllərin hazırlanması və təqdim edilməsi;
  • Korporativ və VIP müştərilər üçün fərdi investisiya məhsullarının (strukturlaşdırılmış notlar, AMC-lər, NDF-lər və s.) dizaynı, təqdimatı və satış prosesində iştirak;
  • Mərkəzi Bankın tələblərinə uyğun olaraq bank və müştərilər üçün qiymətli kağızların alqı-satqısı, repo və əks-repo kimi əməliyyatların təşkili və icrası;
  • İnvestisiya əməliyyatları üzrə bazar təhlillərinin aparılması, ticarət imkanlarının qiymətləndirilməsi və aidiyyəti üzrə hesabatların, təqdimatların hazırlanması;
  • Departament üzrə qəbul edilmiş aidiyyəti qərarların, əmr və sərəncamların icrasını təmin etmək, Departamentin direktoru və onun müavininin, şöbə müdirinin  göstəriş və tapşırıqlarını yerinə yetirmək;
  • Limitlər çərçivəsində Bloomberg və digər platformalar vasitəsi ilə danışıqların aparılması və əqdlərin bağlanılması;

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi təhsil;
  • AR Mərkəzi Bankının investisiya xidmətləri üzrə ixtisas şəhadətnaməsi mütləqdir;
  • Yaxşı səviyyədə Bloomberg proqramı ilə işləmək bacarığı;
  • CFA Level 1 və ya CFA Investment Foundations sertifikatları arzuolunandır;
  • Səlis Azərbaycan, İngilis, Rus dillərini bilən;
  • Yaxşı səviyyədə MS Office proqramları biliyi olan;
  • Problem həll etmə bacarığı olan;
  • Komandada işləmə bacarığı olan;
  • İnduktiv və analitik təhlil bacarıqları olan şəxsdir.