Görəcəyiniz işlər:
- Problemli kreditlərlə bağlı ilkin sənədləşmənin təşkilini və bildirişlərin hazırlanaraq göndərilməsini təmin etmək;
- İddia ərizələrinin və icra qeydlərinin aparılmasına dair sənədlərin hazırlanmasını təmin etmək;
- Daxil olan məhkəmə qərarları ilə tanış olmaq, digər struktura ötürülməsini təmin etmək;
- Bankın maraqlarına uyğun olmayan məhkəmə və icra şöbələrinin qərarlarından şikayətlərin hazırlanmasını təmin etmək;
- Struktur bölmələrlə (filiallar, departamentlər və s.) koordinasiyanı və sənəd dövriyyəsini aparmaq;
- Strukturun fəaliyyətinin effektivliyinin artırılması məqsədilə Problemli kreditlərlə iş praktikası və metodologiyası sahəsində araşdırmalar aparmaq.
Bizim üçün uyğun namizəd:
- Ali hüquqi təhsilə;
- Azərbaycan dilində yüksək, rus dilində orta səviyyədə biliklərə;
- MS Office yüksək səviyyədə iş bacarığına sahib olan şəxsdir.