UI/UX üzrə baş dizayner

Müqavilə Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Məhsul sahibi və dizayn rəhbəri ilə birlikdə UX/UI dizaynlarının biznes tələblərinə və istifadəçi təcrübəsinə uyğun hazırlanması;
  • Biznes ehtiyaclarının təhlili və dizayn həllərinə çevrilməsi, qərarların məlumatlarla əsaslandırılması;
  • Kəmiyyət və keyfiyyət UX araşdırmalarının aparılması və istifadəçi yönümlü məhsulların hazırlanması;
  • Fərziyyə testi, istifadəyə yararlılıq testi, A/B testləri və digər eksperimental metodlarla məhsulun istifadəyə yararlılığını yoxlamaq;
  • CJM (Customer Journey Maps), User Flow, Mind Maps, İnformasiya Arxitekturası, Wireframe və Prototiplərin yaradılması;
  • Rəqəmsal məhsul komandası ilə aktiv əməkdaşlıq və kommunikasiya yaradılması;
  • İstifadəçi geri dönüşlərinin təhlili, istifadəçi davranışlarının izlənməsi və təkmilləşdirmə tövsiyələrinin verilməsi;
  • Genişləndirilə bilən dizayn sistemlərinin yaradılması və ya inkişaf etdirilməsinə dəstək olmaq, dizayn sistem əsaslı dizaynlar hazırlamaq və onun qaydalarına riayət olunmasını təmin edilməsi;
  • Məhsullar arası dizayn prinsiplərinə riayət etmək və yeni tendensiyalara uyğunlaşdırması;
  • Agile və digər iş proseslərinə uyğun dizayn prosesini effektiv şəkildə riayət etməsi;
  • Dizaynların texniki uyğunluğunu təmin etmək, proqramçılarla sinxron işləmək və proqramlaşdırma üçün dəqiq dizayn materialları təqdim etməsi;
  • Mövcud məhsulların performansını təhlil etmək, UX auditi aparmaq və təkmilləşdirmə planları hazırlaması;
  • Yeni texnologiya və dizayn trendlərini izləmək və komandaya yeni həllər təklif etməsi;


Bizim üçün uyğun namizəd:

  • UX/UI dizayn sahəsində 4+ il iş təcrübəli olması;
  • Ali təhsilli olması;
  • Təcrübənizi əks etdirən portfolio-nun olması;
  • Komandada işləmə, qərar qəbulunda iştirak etmə, müştəri yönümlü düşüncəyə sahib olması;
  • Effektiv ünsiyyət qurma, təqdimat bacarığı, analitik düşüncəyə malik olması;
  • Dizayn sistemləri və komponent kitabxanaları ilə işləmə təcrübəsi olması;
  • İnteraktiv və animasiyalı dizaynlar yaratmaq üçün After Effects, Principle və ya digər Motion alətləri ilə işləmək bacarığı (arzuolunandır);