İnformasiya təhlükəsizliyi riskləri üzrə aparıcı mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Bankın informasiya aktivlərini (müştəri məkumatları, maliyyə və audit hesabatları, sistem və prosesləri və s.) müəyyənləşdirmək və onların təhlükəsizliyə təsirini təhlil etmək.
  • Bankın informasiya təhlükəsizliyi ilə bağlı risklərini müəyyənləşdirmək və təhlil etmək.
  • Müəyyən edilmiş riskləri risk reyesterində qeydiyyatını aparmaq.
  • Risklərin müntəzəm qiymətləndirmələri və monitorinqini aparmaq.
  • Risklərin azaldılması üçün strategiyalar və tədbirlər planı hazırlamaq.
  • Bankın biznes məqsədlərinə uyğun olaraq risklərin idarə edilməsi yanaşmasını formalaşdırmaqda dəstək olmaq.
  • ISO 27001, 27005, NIST CRM, FAIR və ya digər müvafiq standartlara uyğun risk siyasət və prosedurları yeniləmək.
  • İnformasiya təhlükəsizliyi risklərinin davamlı monitorinqini təmin etmək.
  • Risklərlə bağlı müntəzəm hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Hadisələrin təhlili və risklərin azaldılması üçün təkliflər vermək.
  • İşçilər üçün informasiya təhlükəsizliyi risk mədəniyyəti üzrə təlimlər təşkil etmək və risk məlumatlılıq səviyyəsini artırmaq.
  • Təhlükəsizlik siyasətlərinin effektiv şəkildə tətbiq olunmasını təmin etmək.
  • Biznes və digər departamentlərlə (İnformasiya Texnologiyaları, Hüquq, İnsan Resursları və s.) əməkdaşlıq edərək təhlükəsizlik tədbirlərinin inteqrasiyasını təmin etmək.
  • Xarici auditorlar və tənzimləyici qurumlarla əlaqələri idarə etmək və dəstək olmaq.
  • İnformasiya təhlükəsizliyi insidentlərinə cavab planlarını hazırlamaq və icra etmək.
  • İnsidentlərdən sonra bərpa proseslərini idarə etməkdə iştirak etmək və təkrarlanmasının qarşısını almaq üçün tədbirlər görmək.

 

Bizim üçün uyğun namizəd:

  • İnformasiya təhlükəsizliyi və risklərin idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsi olan;
  • ISO 27001, ISO 27005, CRISC, CISM və ya oxşar sertifikatların olması üstünlükdür.
  • Risk qiymətləndirmə metodologiyaları (məsələn, ISO 27005, NIST CRM, FAIR) üzrə bilikləri olan;
  • Analitik düşünmə, problem həll etmə və qərar qəbul etmə bacarıqları olan;
  • Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyət qurma bacarığı olan; Rus dili biliyi üstünlükdür.