Əsas fəaliyyət göstəriciləri (KPI) şöbəsinin mütəxəssisi

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Dövri əsasda fəaliyyət göstəricilərinin (KPİ) və onların nəticələri əsasında mükafatların hesablanması;
  • Hesablanan əsas fəaliyyət göstəricilərinin nəticələrinin təhlili, təqdimatların hazırlanması və rəhbərliyə hesabatların verilməsi;
  • Əsas fəaliyyət göstəriciləri üzrə hədəflərə dair təkliflərin verilməsi;
  • İşçilərlə bağlı xərclərin analizi, büdcə icrasının proqnozlaşdırılması və nəticələrin dövri təhlili.

Bizim üçün uyğun namizəd:

  • Ali maliyyə və İqtisadi sahədə təhsil;
  • ACCA sertifikatlarına sahib (F2, F3, F5, F7);
  • MS office proqramları üzrə biliklərə malik;
  • SQL, vizualizasiya proqramları və Excel bilikləri yüksək olan;
  • Performance və menecment hesabatlıq sahəsində minimum 1 il təcrübəyə malik;
  • Komandada iş bacarıqları olan;
  • İnduktiv və analitik təhlil bacarığı olan;
  • Yaradıcılıq və innovasiya bacarığı olan;
  • Problemləri həll etmə bacarığı olan şəxsdir.