Görəcəyiniz işlər:
- Müvafiq normativ hüquqi aktları çərçivəsində bank xidmətlərinin göstərilməsi;
- Hesablar üzrə əməliyyatların aparılması, ödəniş tapşırıqları və konvertasiya əməliyyatlarının icra edilməsi, depozit seyflərinin icarəsinin rəsmiləşdirilməsi;
- Kreditlərin və əmanətlərin rəsmiləşdirilməsi, debet və kredit kartlarının sifarişi;
- Əməliyyatların icrası ilə bağlı müvafiq sənədlərin hazırlanması, yoxlanılması və icrasına nəzarət edilməsi;
- Müştərilərin sənədlərinin toplanılması, mövcud və yeni cəlb edilmiş imtiyazlı/xüsusi imtiyazlı müştərilərin əməliyyatların aparılması;
- Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması sahəsində eyniləşdirmə və verifikasiya tədbirlərinin, şübhəli əməliyyatların aşkarlanması üçün daxili qaydalara uyğun olaraq, səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi;
- Bankın məhsulları və xidmətləri haqqında məlumatlara malik olmaq.
Bizim üçün uyğun namizəd:
- Ali təhsillidir;
- MS Office proqramlarında işləmək bacarığı vardır;
- Bank fəaliyyətini tənzimləyən qanunvericiliklə tanışdır;
- Mərkəzi Bankın aktları və normativ sənədləri ilə tanışdır;
- Analitik düşüncə tərzinə malikdir;
- Problemləri həll etmək bacarığına sahibdir;
- Komandada işləmək bacarığı vardır;
- Stressə davamlıdır;
- Kommunikasiya bacarıqlarına sahib şəxsdir.