Monitorinq şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis (KOS kreditlərinin monitorinqi üzrə)

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Aktiv kredit portfelinin (Mikro və SME) gündəlik/aylıq/rüblük/illik izlənməsi;
  • Müştəri üzrə risk skorunun və gecikmə tendensiyalarının təhlili;
  • Kreditlərin risk qrupları üzrə (standard, watchlist, exit) təsnifatı;
  • Kreditlərin müddət, məbləğ, gecikmə, sektor və region üzrə analizi;
  • Kredit portfelində konsentrasiyanın təhlili və məhdudiyyətlərin yoxlanılması;
  • Problemə düşə biləcək kreditlərin erkən aşkarlanması və müvafiq təkliflərin hazırlanması;
  • Kreditlərə qoyulan kovenantların icra olunmasının mütəmadi olaraq izlənilməsi;
  • Monitorinq prosesində bocalanın fəaliyyətində ESG (ətraf mühit, sosial, idarəetmə) risklərinin qiymətləndirilməsi;
  • Borcalanın kredit tarixçəsində anomaliyaların və uyğunsuzluqların müəyyən edilməsi;
  • Borcalanın girovlarının vəziyyyətinin yoxlanılması;
  • Borcalanın maliyyə məlumatlarının ekspertizası;
  • Sektor və makroiqtisadi göstəricilərin kredit portfelinə təsirinin qiymətləndirməsi;
  • Monitorinq proseslərinin avtomatlaşdırılması üzrə təkliflərin verilməsi;
  • Monitorinq nəticələrinə dair aylıq və rüblük hesabatların rəhbərliyə təqdim olunması.

Bizim üçün uyğun namizəd:

  • Maliyyə, İqtisadiyyat, Bank işi, Riyaziyyat və ya əlaqəli sahə üzrə ali təhsilə malik;
  • MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığına malik (SQL və Python bilikləri üstünlük təşkil edir);
  • Bankçılıq, maliyyə analizi, risk menecmenti və ya audit sahəsində 1-3 il iş təcrübəsinə malik;
  • Güclü analitik təfəkkür və problemləri həll etmə qabiliyyətinə malik;
  • Maliyyə hesabatlarını oxuma və təhlil etmə bacarığına malik;
  • Statistik analiz və maliyyə modelləşdirməsi biliklərinə malik;
  • Komanda işində effektiv işləmək bacarığına malik;
  • Yüksək səviyyədə təqdimat hazırlama və ünsiyyət bacarıqlarına malik;
  • Diqqətli, məsuliyyətli və müstəqil işləmə qabiliyyətinə malik;
  • Vaxtı səmərəli idarə etmə və prioritetləri müəyyən etmə bacarığına malik olan şəxsdir.