Platforma mühəndisliyi üzrə aparıcı/baş mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • CI/CD pipeline (GitLab Cİ, Jenkins və s.) etibarlılığını, təhlükəsizliyini və performansını təmin etmək, təkmilləşdirmək.
  • GitOps alətlərindən (Helm, Kustomize, ArgoCD)istifadə edərək tətbiqlərin  qurulması və  orkestrasiyasını idarə etmək.
  • İaC (Terraform, CloudFormation) alətlərindən istifadə edərək bulud resurslarının (AWS, GCP) standartlaşdırılmış şəkildə qurulmasını və idarə edilməsini həyata keçirmək.
  • Monitorinq (Prometheus, Grafana) və logging (ELK Stack, Loki) sistemlərini qurmaq və optimallaşdırmaq, qəza hallarında ilkin diaqnostika aparmaq.
  • Python, Bash və s. dillərdə avtomatlaşdırma skriptlərini inkişaf etdirmək və davam etdirmək.
  • Tətbiqlərin yazıldığı proqramlaşdırma dillərinə uyğun olaraq (Java, JavaScript və s.)  komandalara devops inteqrasiyası üzrə dəstək vermək.
  • Mövcud infrastruktur və CI/CD proseslərində performans, təhlükəsizlik və miqyasa artım istiqamətində dəyişikliklər təklif edib həyata keçirmək;
  • İnsidentlər zamanı kök səbəbi (root cause) müəyyənləşdirmək, operativ həll yolları tapmaq.

 

Bizim üçün uyğun namizəd:

  • Ali texniki təhsilə (Kompüter Elmləri, Proqram Mühəndisliyi və ya Proqramlaşdırma);
  • DevOps üzrə 2 ildən artıq iş təcrübəsinə;
  • Terraform, Ansible və s kimi alətləri ilə IaaC sahəsində iş təcrübəsinə;
  • Gitlab CI, ArgoCD kimi CI&CD və GitOps alətləri ilə iş təcrübəsinə;
  • Konteyner texnologiyalari sahəsində iş təcrübəsinə;
  • OpenShift və ya Kubernetes sahəsində iş təcrübəsinə;
  • vSphere-də infrastrukturun qurulması üzrə iş təcrübəsinə;
  • ELK, Prometheus, Loki və s. kimi monitorinq alətlərinin qurulması üzrə iş təcrübəsinə;
  • Fundamental şəbəkə biliklərinə(TCP/IP, NAT, Firewall və s.)
  • Agile, Scrum, DevOps metodologiyalarında komanda ilə işləmə bacarıqlarına;
  • Development komandaları ilə işləyərək görüşlərdə aktiv iştirak edən və devops prosesinin sürətlənməsinə dəstək olan;
  • Mürəkkəb məlumatları tez bir zamanda emal etmək və açıq və sadə şəkildə texniki olmayan insanlara təqdim etmək bacarığına sahib olan şəxsdir;