Risk həlləri sahəsinə məhsul sahibi / aparıcı məhsul sahibi / baş məhsul sahibi

Daimi Tam gün

İş haqqında

  Görəcəyiniz işlər:

  • Bank məhsullarının optimallaşdırılması və risklərin azaldılması üçün təkliflər vermək;
  • Biznes tələblərinə uyğun olaraq məhsulun inkişaf istiqamətini müəyyənləşdirmək;
  • Hər məhsul üçün roadmap və uyğun backlog hazırlamaq;
  • Sprint planlaması etmək və tapşırıqları sprint hədəflərinə uyğun olaraq prioritetləşdirmək;
  • Digər məhsul sahibləri ilə daimi əlaqə saxlamaq, kəsişən və asılı məqamları öncədən müəyyənləşdirmək və iş prosesində nəzərə almaq;
  • Regulyasiya tələblərini və daxili risk siyasətlərini anlayaraq, risk modellərinin uyğunluğunu və təsirini düzgün qiymətləndirmək;
  • Model performansı üzrə nəticələri oxumaq və təhlil etmək;
  • Portfolio risk analitikası və bazar meyllərinə dair ilkin təhlillləri aparmaq;

      Bizim üçün uyğun namizəd:

  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi olan;
  • Bank məhsulları ilə tanış olan;
  • Məlumat analizi sahəsində təcrübəsi və problemləri analitik həll etmə bacarığı olan;
  • Məqsədləri təyin etmək, prioritetləşdirmək və liderlik bacarıqları olan;
  • Aidiyyəti və maraqlı tərəflərə tələb və təklifləri izah etmək üçün güclü ünsiyyət və təqdimat bacarıqları olan;
  • Komanda ilə işləməyi və eyni anda bir neçə layihəni idarə etməyi bacaran;
  • Scrum və Agile metodologiyaları ilə təcrübəsi olan;
  • Kredit riski modelləri və onların biznes qərarlarına təsiri haqqında anlayışı olan və bu sahədə verilənləri təhlil edə bilən;
  • Mikro və SME kredit məhsulları üzrə təcrübəsi və ya bazar bilikləri olan;
  • Skorinq modellərinin hazırlanması, tətbiqi və monitorinqi proseslərinə biliyi və ya təcrübəsi olan;
  • Data Science və modelləşdirmə komandaları ilə işləmə təcrübəsi olan və texniki komandalarla biznes arasında tərcüməçi rolunu oynaya bilən;
  • Texnoloji yenilikləri izləyən və məhsul inkişafında innovativ həllər təqdim edən namizəddir.