Görəcəyiniz işlər:
• Bankın əsas rəqəmsal kanalları (Kart, Mobil, İnternet Bankçılıq, Əsas Bankçılıq sistemləri) üzrə risk və insidentlərin müəyyən edilməsi;
• Rəqəmsal kanallar üzrə daxil olan dələduzluq risk və insidentlərinin uçotunun aparılması və kütləvi insidentlərin müəyyən edilməsi hallarında, bankın risklərin idarəedilməsi siyasətinə uyğun tədbirlərin görülməsi və nəzarəti;
• Dələduzluq riskləri üzrə requlyativ tələblərdən irəli gələn məsələlərin aktuallaşdırılması və insidentlərin qeydə alınaraq, tədbirlər planının verilməsi və nəzarət göstəricilərinin müəyyən edilərək, aradan qaldırılması metodologiyasının hazırlanması;
• Bankın rəqəmsal həlləri üzrə risklərin müəyyən edilməsi, təkliflərin razılaşdırılması və tədbirlər planlarının hazırlanaraq tətbiq edilməsinə nəzarətin həyata keçirilməsi;
• Bankın əsas məhsul və xidmətləri üzrə risk qiymətləndirilməsinin mütəmadi əsasda həyata keçirilməsi və rəsmiləşdirilməsi, nəticələr üzrə kənarlaşma hallarının aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi və nəzarət;
• Müştəri şikayətlərindən qaynaqlanan və dələduzluq risklərinin idarəedilməsində boşluqların və kənarlaşmaların müəyyən edilərək tövsiyyələrin verilməsi;
• Aktual rəqəmsal dələduzluq insidentlərinin idarəedilməsi istiqamətində bankdaxili və müştərilər ilə kommunikasiyanın, o cümlədən fərqindəlik tədbirlərinin təşkil edilməsi;
• Yeni qanunvericilik aktlarının tələblərinə, o cümlədən beynəlxalq praktikada qəbul edilmiş risk və insidentlərin həlli istiqamətində texniki realizasiyanın öyrənilməsi və tətbiqi;
• Beynəlxalq kart təşkilatlarının bülletenlərinə nəzarətin həyata keçirilməsi və dələduzluq risklərinin öncədən müəyyən edilməsi üzrə araşdırmaların həyata keçirilməsi;
• Əməliyyat limitlərinin müəyyən edilməsində, o cümlədən beynəlxalq kart təşkilatlarının qaydalarından irəli gələn riskli halların əvvəlcədən müəyyən edilərək dələduzluğun idarəedilməsi sistemlərində ssenari əsaslı qaydaların hazırlanması üzrə tələblərin müəyyən edilməsi;
• Bankdaxili sənədlərin razılaşdırılması prosesində dələduzluğun idarəedilməsi siyasətinə uyğunluğun yoxlanılması, natamam məqamlarım müəyyən edilərək daha dürüst proses və metodiki göstərişlərin hazırlanmasına nəzarətin həyata keçirilməsi;
• Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların vaxtında, dürüst və düzgün şəkildə icra edilməsi;
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli;
- Rəqəmsal dələduzluq halları ilə bağlı mövcud qanunvericilik aktlarının tələblərini bilən və icra mexanizmlərini anlayan;
- Problem həlli və təşəbbüskarlıq göstərən;
- Məqsədyönlü və tapşırıqların vaxtında yerinə yetirən;
- Analitik və kritik düşüncəyə sahib şəxsdir.