Rəqəmsal kiçik biznes sahəsinin məsafədən müştərilər üzrə kiçik mütəxəssisi

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Zənglər həyata keçirərək kiçik biznes seqmentinə aid olan yeni müştərilər cəlb etmək;
  • Cəlb olunmuş müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarının satılmasını təşkil etmək;
  • Bankın kiçik biznes seqmentinə aid olan müştərilərdən bank xidmətləri üzrə sifarişlərin qəbulunun və satışının həyata keçirilməsini təşkil etmək;
  • Müştərilərin monitorinqi ilə əlaqədar müvafiq strukturlar üçün zəruri məlumatların əldə olunmasına səlahiyyətləri daxilində dəstək olunmasını həyata keçirmək;
  • Mövcud müştəri portfeli üzrə əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək və yarana biləcək problemlərin həllinə dəstək olunmasını təşkil etmək;
  • Kredit portfelinin keyfiyyətinə daima nəzarət etmək və gecikmələrin aradan qaldırılması üçün müvafiq addımlar atmaq;
  • Təyin olunan hədəflərin (KPİ) icrası və bununla bağlı görülən işlər barədə mütəmadi olaraq müvafiq platformada qeydlər aparmaq;
  • Kampaniyaların, yeni məhsulların yaradılması və carilərin modifikasiya üçün data təhlil və təqdimatların hazırlanması
  • Bank məhsullarının satışı üzrə daxili təlimat və qaydalarla nəzərdə tutulmuş və sahənin fəaliyyətinə aidiyyəti olan digər işləri yerinə yetirmək.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • Bank işi və əsasəndə kredit sahəsinə ətraflı biliyə;
  • MS Excel/MS Power Point bilikləri arzuolunandır;
  • Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsinə;
  • Yüksək kommunikasiya, empatiya və dinləmə bacarığına;
  • Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına sahib olan şəxsdir.