Görəcəyiniz işlər:
- Proses və strukturlar üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət mexanizimlərinin effektivliyini təhlil etmək,
- Requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğu qiymətləndirmək;
- Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək və ya idarə etmək;
- Aktivlərin idarəedilməsi və xərclərin effektivliyini qiymətləndirmək;
- Maliyyə hesabatlarının dəqiqliyini və etibarlığını qiymətləndirmək;
- Məsafədən və yerində auditlər aparmaq, məlumat/məlumat bazalarının təhlilini həyata keçirmək;
- Audit müşahidəsi, tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatları tərtib etmək;
- Audit tövsiyələrinin icra səviyyəsini yoxlamaq;
- Daxili audit fəaliyyətinin təşkili və təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak etməkdir.
Bizim üçün uyğun namizəd:
- Banklarda ikinci müdafiə xətti (Risk menecment, Daxili nəzarət, Maliyyə menecmenti və s.) və ya daxili audit sahəsində minimum 1 illik təcrübəyə;
- Əlaqədar sahələrdə ali təhsil və/və ya sertifikatlara malik olan;
- Yüksək fərdi xüsusiyyət və dəyərlərə sahib olan;
- Analitik və kritik düşünmə,
- Təşəbbüskarlıq və əzmkarlıq,
- Qərəzsizlik, tərəfsizlik, müstəqillik,
- Məsələlələrə mikro və makro baxış,
- Yüksək ünsiyyət bacarıqları,
- Davamlı inkişaf həvəsi və s.
- Azərbaycan, ingilis və ya rus dili biliklərinə sahib olan;
- Microsoft Office və/və ya data analitik proqramlar ilə işləmə bacarığına sahib olan;
- Vətəndaş qüsursuzluğu olan şəxsdir.
QEYD: Aşağıdakı sahələr üzrə müvafiq təcrübə və sertifikasiyası olan namizədlərə üstünlük veriləcəkdir.
· Maliyyə - Banklarda və ya BIG 4 şirkətlərində maliyyə sahəsi üzrə auditor təcrübəsi, CIA, ACCA, CFA, DipIFR və s. aidiyyəti sertifikatlar
· Risklərin idarə edilməsi – Kredit, bazar, likvidlik və əməliyyat riskləri sahəsində təcrübə, CFA, FRM, CERM və s. aidiyyəti sertifikatlar
· Data analitika – Böyük data ilə çalışma və hesabatlıq təcrübəsi, SQL, Phyton və s. data analitika proqramları ilə işləmək bacarığı
· Rus dilində sərbəst şəkildə yazmaq, danışmaq bacarığı