Görəcəyiniz işlər:
- Biznes proseslərin qəbul olunmuş standartlara uyğun texniki sənədinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
- Sahə tərkibində və digər tərəfdaşlarla (3-cü şəxslər) məsələlərin müzakirə edilməsi, uyğunluğun təmin edilməsi və kənarlaşmaların aşkarlanması;
- Biznes proseslər, inteqrasiyalar, dəyişikliklər üzrə texniki məlumatları əks etdirən sənədlərin (istifadəçi və texniki səviyyədə) hazırlanması;
- Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə prosesin monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
- Dəyişiklik edilmiş Biznes prosesin əsas mühitdə istifadəyə verilmə anına qədər test prosesində komandaya, məhsul sahibinə və sifarişçi struktura dəstək verilməsi;
- Məhsul və ya Proses yaradılması (və ya dəyişiklik edilməsi) zamanı məlumatın report ediləcək səviyyədə saxlanılması ilə bağlı tələblərin qoyulması və bununla bağlı potensial risklərin müəyyən edilməsi.
- Proseslərin diaqram formasında hazırlanması və optimizasiyası;
- Davamlı olaraq bilik və bacarıqlarının inkişaf etdirilməsi.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- SQL scriptlərin yazılması üzrə təcrübəyə;
- Servis (MS Rest, Soap) strukturunun formalaşdırılması və testləşdirilməsi üzrə təcrübəyə;
- Verilənlər Bazasının strukturlaşdırlması və formalaşdırılması üzrə bacarıqlara;
- İnteqrasiya növləri üzrə biliklər və onların testləşdirilməsi bacarığına;
- UML diaqramların formalaşdırılması və tətbiqi üzrə təcrübəyə;
- İstifadəçi təcrübəsi və istifadəçi interfeysi dizaynı üzrə bacarıqlara;
- Layihənin arxitektura həllərinin verilməsi üzrə bacarıqlara;
- Agile metodologiyası üzrə təcrübəyə;
- JIRA, Confluence, Monitoring tool-lar üzrə təcrübəyə;
- Məhsul yaradılması üzrə texniki biliklərə;
- Proqramlaşdırma dilləri barədə anlayışı olan şəxsdir.