Görəcəyiniz işlər:
• Bankın problemli kreditlərlə iş üzrə məsul struktur bölməsinin səlahiyyətlərinə aid mübahisələr istisna olmaqla, Banka qarşı qaldırılmış və (və ya) Bankın qaldırdığı iddialar üzrə Bankı aidiyyəti məhkəmələrdə təmsil etmək, mübahisələrin həlli üçün strategiyanı müəyyən etmək, habelə iddia ərizələri və digər sənədləri hazırlamaq;
• Şöbənin funksiyalarına aid olan məhkəmə işlərinin vahid reyestrini yaratmaq və aparmaq;
• Məhkəmə işlərinin aparılması üçün zəruri olan məktub, bildiriş, ərizə və sair şablonları hazırlamaq;
• Bankın gündəlik fəaliyyəti ilə əlaqədar dövlət orqanlarında, ictimai və digər təşkilat və müəssisələrdə Bankın hüquqlarını və mənafeyini qorumaq məqsədilə təmsilçilik etmək;
• Bankı hüquq mühafizə orqanlarında (polis, prokurorluq, ədliyyə, vergi və sair) zərərçəkən şəxs, mülki iddiaçı, mülki cavabdeh qismində təmsil etmək.
Bizim üçün uyğun namizəd:
• Ali hüquq təhsilli;
• Azərbaycan dili yüksək səviyyədə, rus və ingilis dillərini bilmək isə üstünlükdür;
• Qeyd olunan istiqamət üzrə ən azı 2 (iki) il iş təcrübəsi;
• MS Office (əsasən MS Word və MS Excel) proqramlarında sərbəst işləmək bacarığı;
• Analitik düşünmə və təhlil qabiliyyəti.
Məhkəmələr və dövlət orqanları ilə iş şöbəsi üzrə hüquqşünas (Məhkəmələr üzrə)
Daimi
Tam gün
Müraciət et