Strategiya ekspert mərkəzinin İnformasiya texnologiyaları üzrə aparıcı/baş mütəxəssisi

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • İnformasiya texnologiyaları sahəsi üzrə qabaqcıl təcrübələri öyrənərək strateji təşəbbüsləri və metrikləri formalaşdırmaq və onların icrasının təmin edilməsi istiqamətində dəstək vermək;
  • Təşəbbüslərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək, onlara sahiblik edən struktur bölmələrinə icra ilə bağlı dəstək göstərmək;
  • İcra edilmiş strateji təşəbbüslərin keyfiyyətini ölçmək və zərurət olduqda keyfiyyətin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirmək;
  • Qlobal və yerli bazarda pərakəndə bankçılıq sahəsinə aid yeni trendləri müəyyən etmək və onların əsasında strategiyaya aid təkliflər formalaşdırmaq;
  • Strategiyanın icrası zamanı zərurət yarandığı təqdirdə kənar məsləhətçiləri cəlb etmək və onlarla yaxından çalışmaq;
  • Xüsusi hallarda müəyyən təşəbbüslər üzrə sahibliyi öz üzərinə götürmək və təşəbbüslərin icrasına görə məsuliyyət daşımaq; 
  • Strategiya üzrə görülmüş və icrada olan təşəbbüslər barədə rəhbərliyə hesabatlar və təkliflər vermək. 

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə (Xarici təhsil və ya beynəlxalq sertifikatklar arzuolunandır);
  • Rəqəmsal sahəsi üzrə ən azı 2 il iş təcrübəsinə;
  • Yaxşı səviyyədə MS Office proqram biliyinə;
  • Xarici dil biliyinə  (İngilis dili mütləqdir, rus arzuolunandır);
  • Data əsasında nəticə çıxarma, problem həll etmə və araşdırma bacarıqlarına;
  • Yüksək təqdimat və ünsiyyət qabiliyyətinə;
  • Yüksək Kommunikasiya, vaxtın idarə edilməsi, komandada iş bacarıqlarına malik olan
  • Beynəlxalq sertifikatlara (İTİL, PMİ ACP və s.) və Xarici dil biliyi üzrə sertifikatlara (IELTS, TOEFL, Duolingo) (üstünlükdür) sahib olan şəxsdir.