Görəcəyiniz işlər:
- Bankın inkişaf strategiyası çərçivəsində tamamlanmış layihələrin (milestoneların) qiymətləndirilməsini həyata keçirmək;
- Aparılmış qiymətləndirmənin nəticələrinə dair təqdimat hazırlamaq;
- Bankın strateji və əməliyyat planın icrası üzrə aidiyyatı strukturlara sorğular göndərmək;
- Bankın inkişaf strategiyasına daxil olan metriklərin icrasının izlənilməsində iştirak etmək;
- Bankın inkişaf strategiyasının hazırlanması və yenilənməsində iştirak etmək;
- Bankın daxili və xarici mühiti ilə bağlı məlumatların hazırlanmasında iştirak etmək;
- Kənar şirkətlər tərəfindən sorğuların aparılmasında iştirak etmək;
- Departament üzrə audit müşahidələrindən irəli gələn tədbirlərin icrasının izlənilməsində iştirak etmək;
- Departamentin illik büdcəsinin formalaşdırılması və icrasında iştirak etmək;
- Xarici konsultant, requlyator, Bankın və onun törəmə müəssisələrinin layihələrin icrasında dəstək olmaq.
Bizim üçün uyğun namizəd:
- Ali iqtisadi təhsilə (Xarici təhsil və ya beynəlxalq sertifikatklar arzuolunandır);
- Rəqəmsal sahəsi üzrə ən azı 4 il iş təcrübəsinə;
- Yaxşı səviyyədə MS Office proqram biliyinə;
- Xarici dil biliyinə (İngilis dili mütləqdir, rus arzuolunandır);
- Data əsasında nəticə çıxarma, problem həll etmə və araşdırma bacarıqlarına;
- Yüksək analitik təhlil bacarığı;
- Yüksək Kommunikasiya, vaxtın idarə edilməsi, komandada iş bacarıqlarına malik olan