Mikro kreditlər üzrə kiçik mütəxəssis - İmişli

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Bankın mikro kreditlər seqmentinə aid ola bilən potensial müştərilərin cəlb olunması, mikro kredit portfelinin  idarə edilməsi və bu seqmentə aid bütün növ bank məhsullarının satışını təşkil etmək;
  • Müştəri xidmətləri strukturlarından müştərilərin kredit sifarişlərini qəbul edərək ilkin təhlilin aparılması, müvafiq qərar vermə orqanına təqdim edilməsi üçün aidiyyatı struktur bölmələrlə razılaşdırılması və prosesin sonadək təqib edilməsi işini təşkil etmək;
  • Kredit portfelinin idarə olunması, keyfiyyətinə nəzarət, həmçinin gecikmələrin aradan qaldırılması məqsədi ilə müvafiq tədbirləri həyata keçirilmək;
  • Müştəri biznes obyektlərinə ziyarətləri həyata keçirmək və monitorinqləri aparmaq;
  • Müvafiq hesabatlar hazırlamaq.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • Mikro kreditləşmə sahəsi üzrə minimum 1 il iş təcrübəsinə;                                   
  • MS Ofis proqramlarında sərbəst işləmək bacarığına;
  • Hesabatlarla işləmək bacarığına;
  • Yaxşı səviyyədə ünsiyyətqurma qabiliyyəti, təşkilatçılıq və problemləri həll etmə bacarıqlarına sahib olan şəxsdir.