Məhsul marketinqi ekspert mərkəzinin Baş mütəxəssisi

Daimi Tam gün

İş haqqında


Görəcəyiniz işlər:
• Bankın müəyyən olunmuş məhsullarının (kartlar, kreditlər, kampaniyalar, biznes məhsulları və s.) rəqəmsal kanallar (axtarış sistemləri, Google Display Network, sosial media platformaları, e-mail və mobil marketinq alətləri) vasitəsilə hədəf auditoriyaya effektiv şəkildə çatdırılmasını təmin etmək;
• Meta, Google, TikTok, Apple Search Ads və digər platformalarda reklam kampaniyalarının qurulması, idarə olunması və optimallaşdırılması;
• Google Analytics 4, Adjust və ya Appsflyer kimi analitika alətləri ilə kampaniya performansını izləmək və təhlil etmək;
• Analitik nəticələr əsasında hesabatların hazırlanması və kampaniyaların optimallaşdırılması üçün tövsiyələrin verilməsi;
• Google Tag Manager, Meta Pixel (o cümlədən CAPI), Facebook SDK və digər tracking alətləri ilə irəli səviyyədə işləmə bacarığına malik olmaq. Eventlərin qurulması və reklam optimizasiyası və remarketing üçün istifadəsi;
• Reklam mesajları, vizuallar, placement və hədəf kütlə üzrə A/B testlərin qurulması, nəticələrin analizi və kampaniyaların optimallaşdırılması üçün qərarların verilməsi;
• Bankın veb saytları və mobil tətbiqlərinin orqanik trafikini artırmaq məqsədilə SEO və ASO yönümlü optimallaşdırma işlərinin aparılması.


Bizim üçün uyğun namizəd:
• Ali təhsil (İqtisadiyyat, Marketinq, Biznesin təşkili, Reklam, Marketinq üzrə təhsil arzuolunandır);
• Azərbaycan, ingilis dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığına; Rus arzuolunandır
• Marketinq sahəsi üzrə minimum 4 il iş təcrübəsinə;
• Ofis proqramlarında sərbəst iş bacarığına;
• Ünsiyyət və təqdimat bacarıqlarına;
• Strateji düşünmək və problemləri həll etmək qabiliyyətinə;