Rəqəmsal kanallar sahəsinin Android üzrə funksional sahə rəhbəri

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Sahənin Android Bölməsi üçün funksional sahə rəhbərliyini təmin etmək;
  • Komandanın texniki biliklərinin inkişafında dəstək olmaq;
  • Komandanın şəxsi inkişafına dəstək olmaq;
  • İşçilərin işə qəbulu və işdən çıxarılması, inkişafı və performansı ilə bağlı bütün məsələlərdə insan resursları departamenti ilə birgə fəaliyyəti təmin etmək;
  • Komandada biliklərin əldə edilməsi və paylaşılmasında fəal iştirak etmək
  • Digər funksional sahə rəhbərləri, sahə rəhbərləri və  texniki rəhbərlər və COE ilə birgə fəaliyyəti təmin etmək;
  • Sağlam iş mühiti və vahid mədəniyyət yaradılması və inkişaf etdirilməsinə dəstək olmaq;

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə (Kompüter elmləri və digər əlaqədar sahələr);
  • Sahə üzrə minimum 7 il iş təcrübəsinə;
  • Yüksək səviyyədə ingilis dili biliyinə;
  • Android proqramlarının (Android SDK, gradle, Android Studio) inkişaf etdirilməsi təcrübəsinə;
  • Kotlin və Java ilə proqramlaşdırma təcrübəsinə;
  • Jetpack kitabxanaları ilə iş təcrübəsinə;
  • Compose ile UI inkişaf etdirmə təcrübəsinə;
  • Korporativ böyük bir layihədə Refactor təcrübəsinə;
  • Təhlükəsizlik və performans aspektindən tətbiq analizi təcrübəsinə
  • Android arxitektura, SOLID Prinsipləri və Dependency Injection (Hilt/Dagger) haqqında biliklərə;
  • Proqram dizayn nümunələrini və kodlaşdırma prinsiplərini izləmək və həyata keçirmək təcrübəsinə;
  • MVP, MVI və ya MVVM kimi memarlıq nümunələrindən istifadə edərək obyekt yönümlü dizayn və təcrübədə güclü təməl biliklərə;
  • Agile prinsipləri və metodologiyaları haqqında anlayışa;
  • Kotlin üzrə güclü biliklərə;
  • Mobil Tətbiqdə CI/CD təcrübəsinə;
  • Jenkins/Gitlab ilə iş təcrübəsinə;
  • Google Play üzrə biliyə;
  • Bank/maliyyə proqramları ilə işləmək təcrübəsinə;
  • Komanda ilə effektiv ünsiyyət qurma bacarığına sahib olan şəxsdir.