Görəcəyiniz işlər:
• Əsas maliyyə hesabatlarının hazırlanması (balans, mənfəət-zərər və s);
• Rəhbərliyin tələblərinə əsasən (gündəlik/aylıq/rüblük/illik) hesabatların hazırlanması;
• Hesabat və analitik məqsədlər üçün Rəhbərlik tərəfindən tələb olunan məlumatların təqdim olunması;
• Tələb olunan hesabat formasına uyğun düzgün datanın əldə olunması, datanın yoxlanılması və təhlil olunması, tələb olunan hesabat formasına uyğunlaşdırılması (iri həcmli data ilə işləmə bacarığı);
• Təqdim olunan hesabatlar üzrə göstəricilərin düzgünlüyünün yoxlanılması, fərqlərin araşdırılması və müvafiq düzəlişlərin edilməsi;
• Məlumatların keyfiyyəti ilə bağlı bir problem aşkar etdikdə, lazımi tədbirlərin görülməsi.
Bizim üçün uyğun namizəd:
• Ali təhsil (Maliyyə istiqaməti üzrə);
• ACCA, CFA, CFI və s. maliyyə sertifikatların olması arzuolunandır;
• Data Analitika, Bank, Hesabatlıq və ya Maliyyə sahəsində ən az 1 il iş təcrübəsinə sahib;
• SQL, MS Office proqramlarında işləmə təcrübəsi;
• İnduktiv və analitik təhlil bacarığına sahib;
• Yaradıcılıq və innovasiya bacarığına sahib;
• Problemləri həll etmə bacarığına malik;
• Layihələrin idarə olunması bacarığına sahib olan şəxsdir.